2) Müxtəlif yarimfabrikatların hazırlanması. Krem və şərbətlər. Yağlı krem. Burada məhsulçalan maşının kasasına qatı xamavari vəziyyətə gətirilincə
əridilmiş kərə yağı tökülüb 5-7 dəqiqə ərzində aramla çalınır və bunun içinə
tədricən ələnmiş şəkər pudrası yaxud şəkər şərbəti və habelə vanil tozu və şərab
qatılır.
Sonra bunun içinə tənzifdən süzülmüş qatılaşdırılmış süd vurulur və hamısı
birlikdə 7-10 dəqiqə təkrar çalınır.
Şokolad-qaymaq kremi çalınıb qurtaranda içinə ələnmiş kakao tozu əlavə
edilir.
Krem biskvit, qatlama, toz şəkərli və bişmiş xəmirli pirojnaların və tortların,
habelə müxtəlif bulkaların içinə və bəzəyinə sərf edilir.
10 kq krem üçün burada 2825 q şəkər pudrası, 1-ci sortdan aşağı olmamaq
şərtilə 5300 q kərə yağı, 2120 q qatılaşdırılmış süd, 53 q vanil pudrası və 20 q
konyak yaxud şərab götürülür.