Badamlı piroq. Əla sort un-1st., toz-şəkər-3 x/q, badam-0,5st., yumurta ağı-8 ədəd, şəkərli vanilin-bir çimdik. Badam ətçəkən maşından və ya sürtgəcli maşından keçirilir. Yumurta ağı
soyudulur, köpük əmələ gələnə kimi çalınır, şəkərin yarısı əlavə edilib, yenidən
çalınır. Qalan xammallar (un, badam, şəkər, vanilin) əlavə edilib xəmir yoğrulur.
Forma yağlanır, un və ya badam ovuntusu səpilir və xəmir eyni bərabərlikdə
yayılır. 160-180 dərəcə temperaturda 30-40 dəqiqə bişirilir.