47
Azərbaycan kulinariyasında üçüncü xörək kimi verilən şirin yeməklər istisna
hallarda tətbiq edilir və ona görə də həmin xörəklərin çeşidi azdır. Nahardan sonra
müxtəlif meyvə və giləmeyvələr, həmçinin limon, reyhan, zəfəran, nanə və başqa
ədviyyəli-ətirli bitkilərdən hazırlanmış şərbətlər verilir.
Halva
Tavanın içinə yağ salıb qızdırılır. Sonra buna ələnmiş un qatılaraq qırmızı
rəngə çatınca qovrulur.
Tavanı plitənin kənarında saxlayaraq una doşab qatılır və arasıkəsilmədən
qarışdırılaraq təkrar qızardılır. Doşab olmadıqda onu zəfaranlı şəkər ilə əvəz etmək
olar. Bunun üçün qənd isti suda əridilir və buna zəfəran qatılır. Halva həm laylı,
həm də hamar konsistensiyalı ola bilər. Hazır halva dayaz desert nimçələrində
qoyulub yastılanır və üstünə darçın səpilir.
Qeyd. Halva hazırlamaq üçün yalnız ərinmiş yağ götürülür, çünki başqa
yağlar halvanın təmini və elastikliyini pozur, halva üçün buğda unu olmalıdır.
Doşab əvəzinə baldan da istifadə edilə bilər. Baldan istifadə etdikdə halvanın
keyfiyyəti yaxşılaşır.
Hər 100q halva hazırlamaq üçün burada 40q əla növ un, 20q ərinmiş yağ, 25q
doşab, yaxud 20q qənd və 0,2q darçın götürülür.
Quymaq
Un yağda açıq qəhvəyi rəng alınca qovrulur. Sonra tavada arasıkəsilmədən
qarışdırılmaqla qaynar su əlavə edilir, səthinə yağ çıxınca zəif od üzərində bişirilir.
Tavanın dibində qazmaq əmələ gəlir. Quymağı süfrəyə boşqabda verir, üstünə
darçın səpilib yağ tökülür. Ev şəraitində quymağa müxtəlif ədviyyə qarışığı qatılır.
Hər pors üçün burada 40q buğda unu, 20q ərinmiş yağ, 10q şəkər, 0,2q darçın
və duz götürülür.
Dostları ilə paylaş: