Meyvəli kruton (krut). Burada buğda çörəyi düzbucaq şəklində olaraq nazik doğranır və yumurta
sarısından, süddən və şəkərdən ibarət şirin lyezon içində isladılıb hər iki tərəfdən
kərə yağında qızardılır. Süfrəyə verilən zaman həmin qızdırılmış çörək buluda
yaxud
boşqaba
qoyulub
üstünə
şərbət
içində
isidilmiş
təzə
yaxud
konservləşdirilmiş meyvə, habelə təzə giləmeyvə düzülür və üstünə meyvə,
giləmeyvə şərbəti yaxud şirin sous tökülür.
Hər pors üçün burada 50 q əla sort buğda çörəyi, 1/5 ədəd yumurta, 35 q süd,
10 q kərə yağı, 30 q meyvə konservi və 30 q hazır şirin sous götürülür.
Meyvəli omlet. Burada yumurta qaba tökülüb üstünə süd və şəkər əlavə edilərək hamısı
birlikdə ciddi qarışdırılır. Həmin kütlə nazik şırımla tavada qızdırılmış yağın içinə
tökülüb güclü od üzərində bərkiyib qazmaq tutunca qızardılır.
Bu qayda bişirilmiş omletin ortasına çərdəksiz mürəbbə yaxud cem qoyulub
bükülür və mürəbbənin üstü örtülərək omlet düzbucaq pirojki şəklinə salınır.
Omlet bulud yaxud boşqab içində süfrəyə verilir, süfrəyə verilən zaman isə
bunun üstünə şirin sous tökülür yaxud şəkər pudrası səpilir və qızdırılmış metal tor
vasitəsilə yandırılır.
Hər pors üçün burada 2 yumurta, 30 q süd yaxud qaymaq, 5 q şəkər, 10 q kərə
yağı, 25 q çərdəksiz mürəbbə yaxud cem və 50 q hazır şirin sous götürülür.