Mühazirə Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi: sümük, ət-sümük, balıq və quş ətləri həlimləri



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə71/108
tarix01.01.2022
ölçüsü0,76 Mb.
#30163
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   108
Lal-miraslanova-a-m-hsull.-tex

Buxarda bişirilən kartof kotleti 
 
Kartof  soyulub  suda  bişirilir  və  ələkdən  keçirilərək  içinə  buğda  unu,  habelə 
yumurta  vurulur  və  hamısı  birlikdə  ciddi  qarışdırılır.  Sonra  bu  kütlə  hər  porsu  2 
ədəd  kotlet  şəklinə  salınıb  buxarda  bişirilir.  Həmin  kotlet  dibinə  yağ  sürtülmüş 
tavada üstünə xama tökülərək bişirilə də bilər. 
Süfrəyə  verilən  zaman  kotletin  üzərinə  kərə  yağı  tökülür.  Buxarda  bişirilən 
kotletin yanına ayrıca olaraq xama qoyulur. 
Bu xörək 1, 2, 5, 7, 11 və 15№-li pəhrizlər üçün tətbiq edilir. 


 
63
Hər pors üçün 230 q kartof, 5 q buğda unu, 
4
3
 ədəd yumurta, 10 q kərə yağı və 
30 q xama götürülür. 
Duzsuz salat 
 
Burada  xırda  doğranmış  ağbaş  kələm  quşüzümü  şirəsi  ilə,  sonra  əzilmiş  çiy 
çuğundur  və  xama  ilə  birləşdirilir,  bunun  içinə  şəkər  qatılıb  hamısı  birlikdə  ciddi 
qarışdırılır. Bu xörək 7№-li pəhrizdə tətbiq edilir. 
 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin