Milli pəhriz xörəkləri, onlar əsasında hazır məhsulların istehsalı, kefiyyətə olan tələblər, saxlanma müddəti və realizə şərtləri. Selikli düyü şorbası. Burada diqqətlə seçilmiş və yuyulmuş düyünün üstünə qaynar su tökülüb
qabaqca güclü, sonra isə zəif od üzərində bişirilərək tamamilə yumşaq hala salınır.
Sonra hazır düyü isti vəziyyətdə süzülür və selikli həlim, yəni selikli şorba əldə
edilir. Həkimin göstərişi üzrə bişmiş düyü öz həlimi ilə əzilib ələkdən keçirilə
bilər. Süfrəyə verilən zaman həmin şorbanın içinə kərə yağı vurulur. Vələmirdən,
arpadan və manna yarmasından olan selikli şorbalar da belə hazırlanır.
Selikli şorbaya lyezon vurulduqda, bundan 1№-li pəhriz üçün də istifadə edilə
bilər.
Hər pors üçün burada 40 q düyü, 600 q su, 10 q kərə yağı, lyezon üçün isə 50
q qaymaq yaxud süd və
3
1
ədəd yumurta götürülür.