Mühazirə Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi: sümük, ət-sümük, balıq və quş ətləri həlimləri


)  Mayalı  xəmirdən  hazırlanan  məmulatların  tərtibə  salınması  və



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə80/108
tarix01.01.2022
ölçüsü0,76 Mb.
#30163
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   108
Lal-miraslanova-a-m-hsull.-tex

3)  Mayalı  xəmirdən  hazırlanan  məmulatların  tərtibə  salınması  və 
bişirilməsi. 
Pirojki. Burada hazır xəmir girdə kökə şəklində kündələnir və ortasına qiymə 
qoyulub  kənarları  birləşdirilərək  düzbucaq  formasına  salınır.  Sonra  pirojki  bir-
birindən 3-4 sm aralı olaraq dibinə yağ sürtülmüş qənnadı vərəqinə düzülüb üstünə 
lyezon sürtülür. Kökə qalxdıqdan sonra 250-280 dərəcə temperaturda bişirilir. 
Kəsmikli    vatruşka.  Burada  hazır  xəmir  girdə  bulka  şəklinə  salınır  və  bir-
birindən 3-4 sm aralı olaraq dibinə yağ sürtülmüş qənnadı vərəqinə düzülür. Həmin 
bulkaların  mərkəzində  ağac  dəstəklə  oyuq  açılır  və  bura  kəsmik  qoyulur.  Hazır 
vatruşka qalxsın  deyə. 25 dəqiqə  isti  yerə  qoyulur  və bundan sonra  üstünə  lyezon 
sürtülüb  250-280  dərəcə  temperaturda  bişirilir.  Vatruşka    habelə  povidla  yaxud 
riçal ilə də hazırlana bilər. 
 
Ponçik.  Burada  yağlı  xəmir  girdə  kökələr  şəklində  kündələnir,  ortasına 
mürəbbə  yaxud  povidla  qoyulur,  kənarları  birləşdirilib  yapışdırılır  və  məmulat 
kürəcik formasına salınır. 
Sonra  ponçik,  içinə  un  səpilmiş  taxta  tabağa  düzülüb,  qalxsın  deyə  25-30 
dəqiqə isti yerdə saxlanır və bol yağ içində qovrulur. 
Hazır ponçik üzərinə şəkər yaxud şəkər pudrası səpilir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin