Biskvit xəmirin hazırlanması və tərtibi. Biskvit xəmiri iki üsulda, yəni
soyuq və isti üsulda hazırlanır.
Soyuq üsulda biskvit xəmiri hazırlananda yumurtanın sarısı ağından ayrılıb
şəkərlə birlikdə əzilir və içinə buğda unu vurulub xəmir yoğrulur, sonra
ehmalcasına bunun içinə köpükvari vəziyyətə çatınca çalınmış yumurta ağı qatılır.
İsti üsulda biskvit xəmiri hazırlananda yumurta şəkərə qatılıb arasıkəsilmədən
çalınması şərtilə 45-50 dərəcə temperatura qədər qızdırılır və sonra qızdırılması
dayandırılaraq həcmi 2 ½ -3 dəfə artınca yenə çalınır. Bundan sonra buğda unu
qatılıb xəmir yoğrulur.
Soyuq və isti üsulda hazırlanmış biskvit xəmiri içinə ağ kağız sərilmiş (yarıya
qədər) dərin tavalara qoyulub 200-220 dərəcə temperaturda bişirilir.
Hər 1 kq bişmiş biskvit xəmiri üçün burada təxminən 350 q şəkər, 650 q
yumurta (xalis çəkidə) və 355 q əla yaxud 1-ci sort buğda unu götürülür.
Hazırlanması: yumurta dərin qazana və ya mikser qabına tökülüb üstünə
şəkər tozu əlavə edilib, qazanı su hamamına yerləşdirib, çalmaqla kütləni 40-30
dərəcə temperatura qədər qızdırıb qazanı su hamamından götürüb, soyuyana qədər
çalmanı davam etdirmək lazımdır. Bu müddət ərzində kütlə öz həcmini 4-5 dəfə
artırır. Sonra kütləyə ələnmiş unla birlikdə nişasta tökülür və eyni cinsli kütlə
alınana qədər qarışdırılır. Alınmış xəmiri içərisinə perqament kağızı sərilmiş
kənarları yağlanmış formaya tökülür. Xəmir formanın 2/3 hissəsini tutmalıdır.
Biskviti hazırlayanda diqqətli olmaq lazımdır. Yumurta çalınmazdan əvvəl
qızdırıcı şkaf işə salınır. Unla nişasta qarışdırılıb, ələnir, formaya perqament kağızı
sərilir, kənarı yağlanır və xəmir hazır olan kimi formaya tökülüb dərhal bişirilməyə
qoyulur, əks halda xəmir çöküb çəkisi azalır.