Kremli biskvit pirojnası. Xəmir üçün xammalların miqdarı və biskvitin hazırlanması əsas biskvit
xəmirində olduğu kimidir.
Biskvit islatmaq üçün: toz-şəkər - 4 x/q, su - 6 x/q, konyak - 1 x/q.
Yağlı krem üçün: kərə yağı - 150 q, qatılaşdırılmış süd - 6 x/q, vanilin - 1
çimdik.
Biskvit soyuduqdan sonra üfüqi şəkildə 2 və ya 3 qat kəsilməli, hər qatı ətirli
şərbətlə azacıq isladıb, üstünə nazik krem sürtməli, üst-üstə qoyub üzərini əvvəlcə
şərbətlə islatmaq və yerdə qalan kremi çəkmək lazımdır. Qənnadı darağı ilə kremin
üstünə rifli naxış salmaq olar. Sonra kremlənmiş biskvit iti bıçaqla eyni ölçüdə
xırda pirojnalara doğranır, üstü isə kremlə bəzənir.