Mühazirə Duru I xörəklər. Onlar üçün həlimlər, həlimlərin bişmə rejimi: sümük, ət-sümük, balıq və quş ətləri həlimləri



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə90/108
tarix01.01.2022
ölçüsü0,76 Mb.
#30163
növüMühazirə
1   ...   86   87   88   89   90   91   92   93   ...   108
Lal-miraslanova-a-m-hsull.-tex

 
 
 
 


 
78
Mühazirə 12. 
 
“Unlu qənnadı məmulatları istehsal, çeşidləri. Məmulatların istehsalında 
istifadə olunan xəmir növləri, onların bişmə rejimləri. Yarımfabrikatların 
çıxar normaları”  
 
1.  Məmulatların  istehsalında  istifadə  olunan  xəmir  növləri,  onların  bişmə 
rejimləri. 
 
Unlu  qənnadı  məmulatların  istehsalında  əsas  buğda  unu  ilə  yanaşı  çovdar, 
vələmir və soya unundan da istifadə edilir. 
Unlu  qənnadı  məmulatları  yüksək  kaloriliyə  malikdirlər.  Tərkibində  yüksək 
qidalılıq  dəyəri  olması  karbohidratların,  yağların  və  zülalların  çox  olması  ilə  izah 
edilir.  
Qənnadı məmulatlarına peçenyelər, quru peçenye – kreker və qalet, yağlı-şəkərli 
peçenye,  pryanik,  vafli,  tort,  pirojna,  keks  və  romlu  kökələr  və  s.  aiddir.  Bu 
məmulatlar  ləzzətli  çərəz  və  yağlı-şəkərli  çörək  konsentratı  kimi  çay  və  qəhvə  ilə 
yeyilir. Son illərdə tort və pirojna istehsalı və çeşidləri xeyli artmışdır.  
Unlu  qənnadı  məmulatlarının  istehsalı  üçün  əsas  xammal  olaraq  buğda  unu, 
şəkər  və  yağ,  əlavə  xammal  kimi  yumurta,  süd  və  süd  məhsulları,  bal,  qəhvə, 
kakao,  müxtəlif  ədviyyalar  və  ətirli  maddələr,  rəngləyici  maddələr,  yumşaldıcı 
maddələrdən  istifadə  edilir.  Bu  məmulatların  qidalılıq  dəyərini  artırmaq, 
keyfiyyətini  yaxşılaşdırmaq  məqsədilə  kərə  yağının  və  marqarinin  əvəzedici  kimi 
yağ  emulsiyaları,  süd  və  bitki  zülalı,  ferment  preparatları,  emulqatorlar, 
köhnəlmənin qarşısını alan soya unu yaxud başqa maddələrdən istifadə edilir. 
Əsasən  əla  və  1-ci  sort  buğda  unu  götürülür.  Qənnadı  məmulatlarının 
keyfiyyətinə  unun  yapışqanlı  maddəsinin  keyfiyyəti  və  miqdarı,  rəngi,  iriliyi,  külün 
miqdarı  təsir  göstərir.  Unlu  qənnadı  məmulatları  üçün  orta  və  zəif  yapışqanlılığa 
malik  un  tələb  olunur.  Belə  undan  bişirilən  qənnadı  məmulatları  da  keyfiyyətli  olur. 
Qənnadı məmulatlarına şəkər şirin dad verməklə, həm də məmulatın rəngini və ətrinin 
əmələ  gəlməsində  iştirak  edir.  Şəkər  tozu  ilə  yanaşı  məmulatların  hazırlanmasında 
şəkər  unu,  qlükoza,  invert  şəkəri,  şəkər  şərbəti,  patka,  bal  məhsullarından    istifadə 
edilir.  Bal  və  patka  məhsula  xoşagələn,  sarımtıl-qızılı  rəng  verməklə  həm  də 


 
79
məhsulun  nəmliyinin  uzun  müddət  normal  saxlanmasına  səbəb  olur.  Bəzi  hallarda 
xəmirə nişasta da qatılır, peçenye xəmirinə13%-ə qədər, biskivit xəmirinə unun 25%-i 
miqdarında nişasta əlavə edilir. 
 
Unlu qənnadı məmulatlarının hazırlanmasında yumurtadan istifadə edilməsi, 
onun  qidalılıq  dəyərini  artırmaqdan  başqa,  məhsulun  xassəsini-quruluşunu 
yaxşılaşdırır.  Təzə  yumurta  ilə  yanaşı  onlara  yumurta  melanjı,  yumurta  unu  da 
qatılır.  Bunlarla  yanaşı  süd  məhsullarından  təzə  üzlü  süd,  xama,  qaymaqdan 
istifadə  edilməsi  xəmirin  texnoloji  xassələrini  yaxşılaşdırmaqla  hazır  məmulatın 
bioloji dəyərliyini artırır. 
Unlu qənnadı məmulatlarının hazırlanma mərhələsində fiziki, kimyəvi, bioloji 
üsullardan  istifadə  etməklə  kütlə  yumşaldılır.  Fiziki  üsulla  yumşaldılma  xəmirin 
çalınıb  hava,  yaxud  karbon  qazı  ilə  doydurulmasına  əsaslanır.  Biskivit  xəmiri, 
yumurta  ağı  ilə  hazırlanan  məhsullar  bu  çalınma  üsulu  ilə  yumşalaraq,  məsaməli 
quruluşa malik olurlar.  
Bioloji üsulla yumşaldılma maya tətbiq edilməsinə əsaslanır. Qaletlər, keks və 
romlu  kökələr  maya  ilə  hazırlanır.  Maya,  şəkəri  spirt  və  karbon  qazına  parçalayır 
və reaksiyanın gedişində əmələ gəlmiş CO
2
 xəmiri və bişirilmiş məhsulu məsaməli 
edir.  
 
Qənnadı  məmulatların  istehsalında  istifadə  olunan  xammallar  keyfiyyətinə  
görə  dövlət  standartlarının  tələblərinə  tamamilə  uyğun  olmalıdır.  Unlu  qənnadı 
məmulatlarının  hazırlanma  sxemi  əsasən  reseptə  görə  xəmirin  hazırlanması, 
yayılması,  formalanması,  saxlanması,  saxlanması-yetişməsi,  bişirilməsi,  soyudul-
ması  və  qablaşdırılması  əsasında  aparılır.  Bəzi  hallarda  əvvəlcə  yarımfabrikatlar 
hazırlanır, sonra onlar müəyyən nisbətdə götürülüb istifadə edilir.  
 
Peçenyelər  ilk  dəfə  keçən  əsrin  ortalarında  İngiltərədə  quru  ingilis  biskiviti 
adı ilə istehsal edilmişdir. Peçenyelər əsasən elastiki xəmirdən bişirilən, tərkibində 
çoxlu  yağ  olan şəkərli peçenye, az elastiki və elastiki  xəmirdən bişirilən peçenye, 
şəkərli-yağlı peçenye, qalet və quru peçenye – krekerlər və s. çeşidlərdə hazırlanır. 
Adi  peçenyelərin  istehsalı  bütün  unlu  qənnadı  məmulatlarının  yarısını  təşkil  edir. 
Qalan hissəni yağlı-şəkərli peçenye, qalet, quru peçenye- kreker və s. təşkil edir. 


 
80
 
Çeşidindən  asılı  olaraq  peçenyelərin  tərkibində  su  5,0-9,5%,  zülal-7,0-
10,4%, yağ – 5,2-22,7%, şəkər – 2,2-40,2%, nişasta – 32,9-66,2%, üzvi turşular – 
4,0-1,7%,  mineral  maddələr  –  0,3-0,4%  təşkil  edir.  Peçenye  məmulatının  100  q-ı 
376-473  kkal  enerji  vermək  qabiliyyətinə  malikdir.  Peçenyelər  yumşaqlığı, 
kövrəkliyi,  asan  qırılmağı,  özünəməxsus  forma  və  rəngləri,  yaraşıqlı  naxışları  ilə 
xoşagələn olur. Şəkərli peçenye istehsalı üçün kleykovinası orta və zəif dərəcə olan 
əla  və  1-ci  sort  buğda  unundan  istifadə  edilir.  Xəmir  plastik  xüsusiyyətə  malik 
olmalıdır. Plastik xəmirin yoğrulması yay aylarında 10-25 dəq., qış aylarında 20-25 
dəq.  müddətində  aparılır.  Yoğrulma  maşında  aparılır  və  aparatın  köməkliyi  ilə 
xəmir  nazik  lay  şəklində  yayılır.  Xəmirdə  nəmlik  az  18%  olduğu  üçün  dağılan 
xüsusiyyətə malikdir. 
Bişmə  mərhələsində  nişasta  kleysterləşir  və  zülallar  denaturatlaşır.  Məhsulda 
özünəməxsus dad və ətir yaranır.  Az şəkərli peçenyelərdən Zərif, Çiyələk,  Fərəhli 
çeşidləri istehsal edilir. 
Əla sort undan hazırlanmış şəkərli peçenyenin çeşidlərindən Limonlu, Portağallı, 
Rekord,  Səhər,  Kiyev  və  s.  buraxılır.  1-ci  sort  undan  hazırlanmış  peçenyenin 
çeşidlərinə Yol, Çay üçün, Həvəskart, Sadko, Şahmat və s. Göstərmək olar. 
 
Elastiki xəmirin tərkibində şəkərli xəmirə nisbətən şəkər, yağ və yumurta az 
olduğundan  bir qədər dartılıb  yığılandır. Nəmliyi 25%-dir. Əla sort  undan elastiki 
xəmirin  yoğrulması  27-30
0
  temperaturda  40-60  dəq.,  1-ci  və  2-ci  sort  undan 
xəmirin yoğrulması həmin temperaturda 30-35 dəq. müddətində aparılır. Xəmir bir 
neçə  dəfə  yayılır  və  hazır  məmulat  qat-qat  olur.  Elastiki  xəmirdən  peçenye 
nisbətən bərk, açıq rəngli və səthində nöqtə şəkilli deşiklər olur. Elastiki xəmirdən 
hazırlanmış  peçenyelərə  Volqa,  Mariya,  Uşaq,  Məktəbli  peçenyelərini  göstərmək 
olar.  Elastiki-şəkərli  xəmirin  hazırlanmasında  əla  növ  undan  istifadə  edilir. 
Reseptən  asılı  olaraq  20%  şəkər,  8%  yağ  əlavə  edilir.  Bu  peçenyelərə  Ulduz, 
Kazbek çeşidlərini göstərmək olar.  
 
 


 
81
 
1. Maya və kimyəvi yumşaldıcılarla, və ya maya ilə yağ əlavə etməklə xəmir 
yoğrulur  və  kreker  peçenyesi  hazırlanır.  Bu  peçenyelərə  Səhər,  Moskva,  Nazik, 
Gənclik çeşidlərini aid etmək olar. 
 
2. Maya ilə hazırlanıb bişirilən yağlı təbəqəli kreker. 
 
3. Maya ilə xəmir hazırlanır, lakin yağ əlavə edilimir.  
 
4.  Əla  növ  una  maya  əlavə  edilir  yaxud  maya  ilə  birlikdə  kimyəvi 
yumşaldıcılar: yağ və tamlı əlavələr – duz, cirə, zirə əlavə etməklə hazırlanır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
82

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin