Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə17/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Səkkizinci prinsip, ölkə əhalisinin həyat səviyyə­si­nin orada məhsullar istehsalı və xidmətlər göstərilməsi qa­bı­­liy­yəti ilə qarşılıqlı əlaqəsini aydınlaşdırır. Bu məsələ hər hansı bir ölkədə ümumi daxili məhsulun (ÜDM) həc­mi, əhalinin gəlir səviyyəsi, onun artım templəri, ölkədə de­mo­qrafik vəziyyət, məşğulluq və inflyasiya səviyyəsi ilə bilavasitə yaxud dolayı yollarla bağlıdır. Təsadüfi deyildir ki, müxtəlif ölkələrin keçdikləri iqtisadi-sosial inkişaf yo­lunun nəticəsi sayılan əhalinin həyat səviyyəsi göstə­riciləri biri-birindən kəskin surətdə fərqlənir. Planetin əhalisinin hər nəfərinə hazırda orta hesabla təxminən 10.000 dollar həcmində məhsullar istehsal olunur və müx­təlif təyinatlı xidmətlər göstərilirsə, bu rəqəm ayrı-ayrı ölkələrdə bir neçə yüz dollardan 50-60 min dollara qədər fərqlənir. Azərbaycan Respublikasında isə bu ümumiləşdirici gös­tə­rici 6.000 dollardır.

Ölkə əhalisinin real həyat səviyyəsinin tədricən və davamlı surətdə yüksəldilməsinin ən sınanmış yolu - əmək məhsuldarlığını, yəni hər bir işçinin müəyyən vaxt (saat, gün) ərzində məhsul-xidmətlər istehsalını artırmasından, yaxud həmin məhsul-xidmətlər istehsalına sərf olunmuş vaxtın (başqa şərtlər dəyişməz qalmaqla) azaldılmasından ibarətdir. Əmək məhsuldarlığının yüksəldilməsi ilə əhali­nin həyat səviyyəsi arasındakı qarşılıqlı əlaqə, hər bir döv­lətin daxili və xarici, xüsusilə də sosial siyasəti üçün mü­hüm rol oynadığından, elm və texnikanın, qabaqcıl texno­logiyaların istehsal-xidmət sferalarında tətbiqinə, işçilərin peşə-ixtisaslarının təkmilləşdirilməsinə, yeni yaradılacaq elmtutumlu sahələrin hazırlıqlı gənc kadrlarla təmin olun­masına ciddi diqqət yetirilməsi zəruridir.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin