1.5. İqtisadi nəzəriyyənin başqa elmlərlə əlaqəsi
Çoxsahəli bir quruluşa malik olan cəmiyyətin təsərrüfat həyatını və inkişaf qanunauyğunluqlarını yalnız iqtisadi nəzəriyyə deyil, eyni zamanda “xüsusi vəzifələri, predmetləri və məntiqi üsulları olan bir sıra müstəqil konkret iqtisadi elmlər də tədqiq edib öyrənir” (K.Menger).
Həmin konkret iqtisadi elmlər ilk növbədə təcrübi fəaliyyət üçün zəruri sayılan praktik qaydalar, işgüzar davranışlar, məsləhət xarakterli tövsiyələr hazırlayırlar. Bu mənada bütövlükdə iqtisad elmini şərti olaraq nəzəri və tətbiqi kimi iki hissəyə bölmək mümkündür. Cəmiyyət həyatının mürəkkəb və ziddiyyətli iqtisadi proseslərinin obyektiv qanunauyğunluqlar əsasında gedişi, inkişaf meylləri, habelə gələcək perspektivləri iqtisadi nəzəriyyə tərəfindən öyrənilir. Tətbiqi iqtisadiyyat isə konkret təsərrüfatçılıq fəaliyyəti ilə sıx bağlı olub, real vəziyyətin göstəricilərinin hərtərəfli təhlilinə üstünlük verir. İqtisadi nəzəriyyənin praktik əhəmiyyəti ondadır ki, əgər “bilik irəlini görməyə imkan yaradırsa, qabaqgörənlik isə fəaliyyət üçün meydan açır” (O.Kont).
İqtisadi nəzəriyyə ictimai (sosial) elmlərin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda bütöv bir iqtisadi elmlər kompleksinin, yəni sahə (sənaye, tikinti, nəqliyyat, ticarət, xidmət və sair); funksional (maliyyə, kredit, proqnozlaşdırma, marketinq, menecment və sair.); sahələrarası (statistika, ekonometrika, təsərrüfat fəaliyyətinin təhlili və sair) elmlərinin də metedoloji əsasıdır.
Aşağıdakı cədvəldə iqtisadi nəzəriyyənin başqa iqti-sadi elmlərlə qarşılıqlı əlaqəsi verilmişdir.
Dostları ilə paylaş: |