İkinci mərhələ, dövlətin iqtisadi siyasəti və ölkənin təsərrüfat həyatının tənzimlənməsinə dair C.M.Keynsin adı ilə bağlı keynsçilik ideyaları dövrü kimi səciyyələ-nərək, XX əsrin 30-cu illərindən 70-ci illərinə qədər olan müddəti əhatə edir. Birinci dünya müharibəsinin ağır sosial-iqtisadi nəticələri, xüsusilə 1929-1933-cü illərdə bü-tün dünya iqtisadiyyatını sarsıtmış böhran göstərdi ki, bazar münasibətləri sistemində iqtisadiyyatın kortəbii su-rətdə öz-özünü tənzimləməsi yolunda aşkar çətinliklər meydana çıxdığından, dövlətin iqtisadi proseslərə qarış-ması zəruridir.