Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə80/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Ölkələr

1900

1950

XXI əsrin əvvəlləri

ABŞ

7,7

22,3

32,2

Yaponiya

15,4

25,5

43,7

İngiltərə

14,2

34,2

41,1

Almaniya

14,9

30,2

46,8

Fransa

10,8

28,3

53,6

İtaliya

11,0

16,3

48,5

Bu ölkələr üzrə yekun

11,9

25,0

43,7


Cədvəldəki rəqəmlərdən aydın olur ki, dövlətlərin ölkənin təsərrüfat həyatına müdaxiləsinin mənfı meyllər yaratmasına baxmayaraq, hələlik bu prosesin davam etdiyini görürük.

Hər bir dövlətin iqtisadi siyasət xəttinin hazırlanıb həyata keçirilməsi müxtəlif mərhələləri əhatə edir. Əvvə-lən, dövlətin iqtisadi məqsədlərinin müəyyənləş-dirilməsi və bunların bəyan edilməsi; sonra, dövlətin iqtisadi siya-sətinin mümkün və alternativ variantlarının hazırlan-ması; daha sonra hazırlanmış iqtisadi siyasətin həyata keçiril-məsi; nəhayət, reallaşdırılmış iqtisadi siyasət xəttinin ye-kunlarının tənqidi təhlili və gələcək inkişaf yollarının müəyyənləşdirilməsi. Yalnız belə kompleskli yanaşma sa-yəsində, dövlətin iqtisadi siyasətinin uğurlarını təmin et-mək mümkündür.
8.2. İqtisadiyyatın dövlət tənzimlənməsinə dair müxtəlif baxışlar
Müasir şəraitdə bütün dünyada baş verən iqtisadi inteqrasiya prosesləri, vahid (qlobal) dünya təsərrüfat sis-teminin formalaşması, dövlətin iqtisadiyyatı tənzimlən-məsi probleminə yeni mövqelərdən, habelə konkret şəraitə uyğun olaraq, yaradıcılıqla yanaşmağı tələb edir.

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi haq-qında fıkir və nəzəri baxışlar böyük bir təkamül yolu» keçərək, ciddi dəyişikliklərə uğramışdır.

Böyük ingilis iqtisadçısı A.Smitin «Xalqlar sərvə-tinin təbiəti və səbəbləri haqqında traktat» (1776-cı il) əsərində irəli sürdüyü «görünməz əlin» sərbəst bazarı idarə etmək ideyası, uzun müddət iqtisadi nəzəriyyə el-mində yaşamışdır.

Bu fıkrin tərəfdarı və müdafiəçisi olan «iqtisadi li-beralizm», daha sonralar «neoliberalizm» cərəyanının nü-mayəndələri, məsələn Valras, Bem-Baverek, Vizer, Ce-vons Marşall kimi iqtisadçılar belə hesab edirdilər ki, dövlət ölkədə istehsalın həcmi və məşğulluğun səviyyə-sinin tənzim olunması işinə qarışmamalıdır. Onlar duşu-nürdülər ki, bazarda tələblə təklifın nisbətindən asılı olaraq, qiymətlər sərbəst surətdə yuxarı qalxıb, aşağı enə bilər.

Lakin aydındır ki, cəmiyyətin təsərrüfat həyatı real-lıqlarını əks etdirən iqtisadi mövqe və nəzəriyyələr don-muş bir ehkam deyildir. Həyat, konkret şərait, iqtisadi və-ziyyət dəyişdikcə, şübhəsiz nəzəri baxışlar da dəyiş-mə-lidir. Bu mənada dünya miqyasında və ayrı-ayrı ölkələrin təsərrüfatları timsalında iqtisadiyyatın dinamik yüksəlişi, daxili və xarici bazarın genişlənməsi, beynəlxalq iqtisadi-ticarət əlaqələrinin mürəkkəb sisteminin for-malaşması sübut etdi ki, dövlət cəmiyyətin iqtisadi həyat məsələlərinə hökmən qarışmalıdır. Bu problem xüsusilə 1929-1933-cü ildə dünyanın bir çox ölkələrini əhatə etmiş ümumi iqtisa-di böhrandan sonra bütün kəskinliyi ilə qarşıda durmuşdu.

Con Meynard Keyns (1883-1946) həmin dövrün iq-tisadi reallıqlarına əsaslanaraq, 1936-cı ildə nəşr olun-muş «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» adlı kitabında, klassik və neoklassik nəzəriyyələrdən fərqli olaraq belə bir fıkir irəli sürmüşdür ki, dövlət cəmiyyətin ümumi tələb səviyyəsinə təsir göstərməklə bütün iqtisa-diyyatı tənzimləyə bilər. C.Keynsçılık nəzəriyyəsinin əsa-sını «səmərəli tələb» ideyası təşkil edirdi. Tələb isə iki amilin - şəxsi və məhsuldar istehsalının, yəni sərmayə qoyuluşlarının (investisiyaların) cəmindən ibarətdir.

Bu prinsipə əsaslanan iqtisadiyyatın tənzimlən-mə-sinin Keyns modeli, ilk növbədə tələbin idarə olunma-sında dövlət tənzimlənməsi ilə bazar mexanizminin vəh-dətini nəzərdə tutur. Onun fikrincə, cəmiyyətdə iqtisadi inkişafı (artımı) təmin etmək üçün tələbi formalaşdıran və milli gəliri artıran amillərə dövlət siyasəti vasitəsiylə təsir göstərmək lazımdır. Bunun üçün isə milli gəlirin artımı şəraitində tam məşğulluğu təmin etmək üçün istehlak, investisiya və məşğulluq arasındakı qarşılıqlı asılılığı müəyyənləşdirmək lazımdır.

Real həyatda bunu əməli cəhətdən həyata keçirmək üçün eyni zamanda gəlirlər, istehlak, yığım, istehsalın həcmi, investisiya kimi ümumi iqtisadi (makroiqtisadi) göstəricilər nəzərə alınmalıdır. Deməli, səmərəli tələbi və tam məşğulluğu təmin etmək üçün dövlət fəal büdcə-maliyyə-kredit siyasəti yeritməlidir.

Bu ideyanı müdafıə edərək, onu daha da təkmil-ləşdirən Helbreyt, Solou, Veblen, Mitçell kimi görkəmli iqtisadçılar, dövlətin iqtisadiyyatı idarə etməsinin vacib-liyinə dair yeni fıkir və mülahizələr söyləmişlər.

Lakin, bu istiqamətin, yəni dövlətin ölkənin təsər-rüfat həyatına müdaxilə etməsinin əleyhinə çıxanlar da olmuş və indi də vardır. Məsələn, belə müəlliflərdən biri, Amerika iqtisadçısı, Nobel mükafatı laureatı Milton Frid-men «Seçim sərbəstliyi» adlı əsərində yazır: «Bütün iqti-sadi sarsıntılara səbəb, bazarın qeyri-mütəşəkkilliyi və qeyri-sabitliyi deyil, hökumətlərin səriştəsiz pul siyasə-tidir». Bu qrup iqtisadçıların fikrincə, bazar iqtisadiyyatı özünün sərbəstlik və rəqabət, tələb və təklif, xərclər və qiymət kimi amilləri ilə tənzimlənə bilər. Ona görə də dövlətin bu işlərə qarışmasına ehtiyac yoxdur.

Həyat və təsərrüfat təcrübəsi isə təsdiq edir ki, döv-lətin iqtisadiyyatı tənzimləməsi məqsədəuyğundur, lakin bu proses düşünülmüş hüdudlar daxilində həyata keçiril-məlidir. Çünki müasir inkişaf mərhələsində istər xüsusi (özəl) bölmə, istərsə də ictimai (dövlət) bölməsinin hökm-ranlığı şəraiti iqtisadiyyatın qarşısında duran problemləri uğurla həll etmək çətindir. Ən səmərəli çıxış yolu - bazar iqtisadiyyatı sistemində dövlətin tənzimləyici rolundan bacarıqla faydalanmaqdır. Bu isə hər bir ölkənin konkret şəraitinə uyğun, hökumətin və mütəxəssislərin iştirakı ilə real iqtisadi siyasət xəttinin hazırlanıb, ardıcıllıqla həyata keçirilməsini tələb edir.

Təsadüfü deyildir ki, ABŞ iqtisadçıları K.Makkon-nell və S.Bryunun fikrincə, dövlətin iqtisadiyyatı tənzim-lənməsi dedikdə aşağıdakılar nəzərdə tutulmalıdır:

  1. bazar sisteminin səmərəli fəaliyyətinə şərait yara-dan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi;

  2. rəqabətin qorunub saxlanması və ona əngəl tö-rədən amillərin aradan qaldırılması;

  3. cəmiyyətin gəlir və sərvətlərinin düzgün yenidən bölgüsünün həyata keçirilməsi;

ç) resursların bölgüsünü təkmilləşdirmək yolu ilə məhsulun quruluşunda səmərəli dəyişikliklər aparmaq;

d) iqtisadiyyatın sabitləşdirilməsi məqsədiylə, ölkə-də inflyasiya və işsizliyin səviyyəsinə nəzarət etmək, habelə iqtisadi artımı stimullaşdırmaq.

Milli iqtisadiyyat çərçivəsində özəl və dövlət böl-mələrinin optimal nisbətlərinin tapılması, şübhəsiz son səmərəlilik, sosial ədalət, dayanıqlı iqtisadi inkişafın tə-min olunması kimi mühüm problemlərin həllinə real imkanlar yaradır.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin