Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə83/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

8.5. Azərbaycan Respublikasının iqtisadi siyasətinin uğurları və perspektivləri
Azərbaycanda müstəqillik əldə etdikdən sonra (18 oktyabr 1991-ci il) onun keçid mərhələsində həyata keçirdiyi iqtisadi siyasət xəttini bir neçə mərhələyə bölmək olar:

1. Keçid mərhələsi ərəfəsindəki iqtisadi siyasət (1988-1990);

2. Bazar münasibətləri iqtisadi sisteminə keçidin ilk dövrünün iqtisadi siyasəti (1991-1992);

3. 1993-1995-ci illərin iqtisadi siyasət xətti;

4. İqtisadi dirçəliş və inkişaf dövrünün iqtisadi siyasəti (1996-cı ildən başlayaraq bizim günlərimizə qədər olan dövr);

5. Dövlətin iqtisadi siyasətinin perspektiv istiqamət-ləri.

Azərbaycan bazar münasibətlərinə keçid ərəfəsi, keçmiş Sovet İttifaqının vahid təsərrüfat kompleksinin tərkib hissəsi sayılan bir respublikanın mərkəzin əlavəsinə çevrilmiş asılı vəziyyətdəki iqtisadiyyatın tədricən zəif-ləməsi, ölkənin digər əraziləri ilə əvvəlki çoxcəhətli əla-qələrinin məhdudlaşması, əmtəə-mal qıtlığı ilə səciyyə-lənmişdi. Belə bir vəziyyət ölkənin təsərrüfat həyatı gös-təricilərinin aşağı düşməsinə, formalaşmış iqtisadi əlaqələr sisteminin pozulmasına, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə, cəmiyyətin müxtəlif təbəqələrinin sosial-iqtisadi vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdı.

Sovet İttifaqının planlı sosialist təsərrüfat sistemi dağıldıqdan sonra müxtəlif çətinliklərə baxmayaraq, təd-ricən yeni bazar münasibətləri iqtisadi sisteminə keçid dövrü, xüsusi bir mərhələ kimi mühüm iqtisadi-sosial vəzifələr irəli sürdü. XX əsrin 90-cı illərinin ikinci yarı-sından başlayaraq təsərrüfat həyatının tədricən bərpası, dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar islahatlar aparılması, biznes-sahibkarlıq fəaliyyətinə əlverişli şərait yaradılması, istehsal-xidmət dairəsinin dirçəldilməsi və bütövlükdə ölkə iqtisadiyyatının müxtəlif sahələrinin ar-0tım templərinin yüksəlişi ilə səciyyələnir.

Həmin dövrdə neft strategiyasından irəli gələn iri-miqyaslı vəzifələrin reallaşdırılması, ölkənin təsərrüfat həyatına xarici investisiyaların cəlb olun-ması, neft və onunla bağlı sahələrlə yanaşı, qeyri-neft bölməsinin inkişafı mə-sələlərinə diqqətin artırılması, ayrı-ayrı regionların sosial-iqtisadi yüksə-lişinə dair konkret Dövlət Proqramlarının ardıcıllıqla həyata keçirilməsi, Azərbaycan Respublikasının qloballaşan dünyanın inteqrasiya proseslərinə qoşul-ması xəttinin genişlənib dərinləşməsi, xarici iqtisadi-ticarət əlaqələrinin artan dinamikası, ümumi daxili məhsulun (ÜDM) orta illik artım templərinin əvvəllər 5-6%, sonralar 12-15%, 2005-2007-ci illərdə isə 30% artması, eyni zamanda bu inkişaf əsasında əhalinin həyat səviyyəsinin yaxşılaşması meyli, müstəqillik yolunun ciddi uğurlarıdır. Bu dövr ərzində ölkənin ümumi daxili məhsulun, büdcəsinin, xarici iqtisadi-ticarət əlaqələri döv-riyyəsinin, sərmayə qoyuluşları həmçinin, minimum və orta aylıq əmək haqlarının artması meyli, ölkənin sosial-iqtisadi inkişafının davamlı bir xarakter daşıdığını gös-tərir.

Bazar münasibətləri iqtisadi sisteminin formalaşdığı Azərbaycan Respublikasında iqtisadi-sosial sahələrdə qa-zanılmış uğurlar, şübhəsiz müasir inteqrasiya və qloballaşma şəraitində, daxili-xarici amillərin təsiri altında, yeniliklərlə səciyyələnən ölkənin təsərrüfat həyatının ayrı-ayrı istiqamətlərində müəyyən nöqsanların, habelə çatışmazlıqların olması təbiidir. Bu nöqsanlar sırasında yoxsul-luğun aradan qaldırılması, əhalinin normal məşğulluğun təmin olunması, inflyasiya prosesinin tənzimlənməsini qeyd etmək lazımdır.

Obyektiv-subyektiv səbəblərlə bağlı meydana çıxmış iqtisadiyyatın birtərəfli inkişaf meylləri, korrupsiya və inhisarçılıq halları, "gizli iqtisadiyyatın" fəaliyyəti, qanun çərçivəsində aparılan biznes-sahibkarlıq işlərinə əngəl törətmək cəhdləri dövlətin düşünülmüş iqtisadi siyasəti ilə, uyğun hüquqi, inzibati, iqtisadi tədbirlər kompleksi vasitəsiylə tənzimlənib, bacarıqla idarə olunmalıdır.

Bu problemləri gələcəkdə daha uğurla həll etmək üçün dövlətin cari və ortamüddətli inkişaf Proqramları ilə yanaşı, proqnoz xarakterli, uzunmüddətli iqtisadi-sosial yüksəliş perspektivlərini əhatə edən vahid milli inkişaf Konsepsiyasının işlənib hazırlanması məqsədəuyğundur. Dünya təsərrüfat həyatı təcrübəsində, müasir elmi-texniki inqilabın nailiyyətlərinə və milli iqtisadiyyatın xarici investorlarla qarşılıqlı faydalı resurslar potensialına əsaslanan bu tipli, 20-30 il üçün nəzərdə tutulan Konsepsiyalar vaxtilə ABŞ, Fransa, Almaniya, Yaponiya, son dövrlərdə isə Çin, Hindistan, habelə başqa ölkələrdə, о cümlədən də Rusiyada bu işə başlanması və həyata keçirilməsi, öz konkret müsbət nəticələrini vermiş, yaxud verməkdədir.

Bu istiqamətdə istehsal və xidmət sahələrinin dünya inteqrasiya proses-lərinin istiqamətlərini nəzərə alan elə iqtisadi siyasət xətti formalaşmalıdır ki, bazar münasi-bətləri sisteminin "nə istehsal etməli, necə istehsal etməli, kimin üçün istehsal etməli" prinsiplərinə ölkənin maraqları, habelə onun iqtisadi təhlükəsizliyi baxımından cavab versin. Bu mənada neft strategiyasının real-laşdırılmasının uğurlu nəticələrinin yaratdığı böyük imkanlar, gələcəkdə hökmən “neft kapitalını insan kapitalına çevirək” ideyası-nın həyata keçiril-məsinə yönəldilmişdir.

Cəmiyyət həyatının ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi sahələ-rində keyfiyyətcə yeni bir mərhə­lə­yə - inkişaf etmiş ölkələr səviyyəsinə yaxınlaşan res­pub­likamızın perspektiv hədəfləri, “Azərbaycan 2020: gələcə-yə baxış” Konsepsiyasında çoxşaxəli, səmərəli və innovasiya yönümlü bir iqtisadiyyatın formalaşması kimi müəyyənləşdirilmişdir.

Dövlətin iqtisadi siyasətinin və iqtisadiyyatın tənzimlənməsinin ifadəsi olan Konsepsiyada göstərilir ki, ölkədə aparılmış islahatlar nəticəsində Qərblə Şərq ara­sında iqtisadi körpü rolunu oynayan qədim “İpək yo­lu” bərpa olunmuş, “əsrin müqaviləsi” sayılan neft saziş­ləri, dövlət mülkiyyətinin özəlləşdirilməsi, torpa­ğın kəndlilərə verilməsi həyata keçirilmiş, ölkənin ener­ji təhlükəsizliyi təmin edilmiş, respublikamız Avro­panın neft-qaz təminatında önəmli mövqe tutmuşdur.

Bu iqtisadi uğurlar sayəsində, beynəlxalq təşki­lat-ların hesablamalarına görə Azərbaycan “”yuxarı orta gəlirli ölkələr qrupundan “yüksək insan inkişafı” ölkə­ləri qrupuna keçmişdir.



Tədricən formalaşan müasir vahid dünya təsərrüfat sistemi şəraitində, ayrı-ayrı milli iqtisadiyyatların qlobal-laşan planetin genişlənib-dərinləşən inteqrasiya proseslə-rində öz həqiqi mövqelərini müəyyənləşdirmələri zəruri-iyi, Azərbaycan Respublikasının da elmi-nəzəri və prak-tik-əməli meyarlar baxımından hərtərəfli əsaslandırılmış uzunmüddətli milli iqtisadi-sosial inkişaf konsepsiyasının hazırlanıb ardıcıl mərhələlərlə reallaşdırılması, şübhəsiz ölkəmizin gələcəkdə daha sanballı uğurlar qazanmasını təmin edəcəkdir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin