Mühazirə mətnləri Bakı ­- 2015


Dövlətin iqtisadi siyasətinin istiqamətləri



Yüklə 0,93 Mb.
səhifə82/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

8.4. Dövlətin iqtisadi siyasətinin istiqamətləri
Ümumiləşdirilmiş şəkildə dövlətin ölkə iqtisadiyya-tının səmərəliliyinin yüksəldilməsi, sosial ədalətin təmin olunması, makroiqtisadi səviyyədə sabitlik yaradılması, beynəlxalq iqtisadi əməkdaşlıq əlaqələrinin həyata keçiril-məsi, ətraf mühitin qorunması və ekologiya problemləri kimi mühüm istiqamətlərdəki geniş əhatəli fəaliyyəti, onun müxtəlif yollardan (formalardan, metodlardan, üsul-lardan, vasitələrdən) istifadə etməsini şərtləndirir.

Müasir bazar münasibətləri iqtisadi sistemi şəraitin-də dövlətin iqtisadi siyasəti-inzibati, hüquqi, iqtisadi yollarla həyata keçirilir. Real təsərrüfat həyatında dövlə-tin iqtisadi siyasətinin inzibati-hüquqi və iqtisadi üsulları əslində şərti bir məna daşıyır, çünki həmin vasitələr о zaman səmərəli olur ki, təcrid edilmiş surətdə deyil, kompleks halında olunub fəaliyyət göstərsinlər.

Dövlətin iqtisadi siyasətinin inzibati vasitələri, yolları sırasında onun inhisarlara və inhisarçılığa qarşı antiinhisar tədbirlərini, müəyyən təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verməsini, qiymətlər məzənnəsini dəyişdirməsini göstərmək olar. Eyni zamanda dövlət məcburi qaydada məqsədəuyğun saymadığı tikinti obyektlərinin inşasını dayandırmaq, müəyyən qadağanlar qoymaq və icazələr vermək səlahiyyətinə də malikdir. Tədricən dövlətin inzibati metodlar vasitəsiylə iqtisadi həyata müdaxiləsi prosesi məhdudlaşsa da, lakin onun ətraf mühitin qorunması, ekologiya ilə bağlı qayğıları, əhalinin sosial təminatı məsələləri, müasir dövrdə getdikcə daha aktual bir əhəmiyyət qazanır.

Dövlətin öz iqtisadi siyasətinin reallaşdırılmasının hüquqi vasitələrinə gəldikdə, bu dövlətin istehsalçılar (şirkətlər, birliklər, inhisarlar, korporasiyalar) və istehlak-çılar (alıcılar) üçün qanunvericilik aktları ilə müəyyənləş-dirilmiş "oyun qaydalarına" əməl etmələrini nəzərdə tutur. Bu qanun və aktlar, ölkədə mülkiyyət hüququ və onun formalarını, şirkətlərin fəaliyyət qaydalarını, habelə saziş-lər bağlanması şərtlərini, həmkarlar təşkilatları ilə iş ve-rənlərin (sahibkarların) əmək münasibətləri sahəsindəki qarşılıqlı öhdəliklərini müəyyənləşdirir.

Dövlət siyasətinin iqtisadi vasitələri daha geniş olub, pul-kredit, vergi-gömrük, sosial və xarici iqtisadi-ticarət sahələrini əhatə edir. Dövlətin həyata keçirdiyi iqtisadi siyasətin vasitələrindən sayılan fiskal siyasət hə-mişə mühüm yer tutmuşdur. Bu siyasət büdcə vəsaitlərinin yaranması və istifadəsi ilə bağlı, dövlətin həyata keçirdiyi maliyyə tədbirlərini nəzərdə tutur. Fiskal siyasətin xarak-teri, ilk növbədə dövlət idarəetmə orqanlarının saxlanması xərcləri və onların quruluşu, habelə dinamikası ilə bağlı-dır. Dövlətin pul-kredit siyasəti, ölkədəki investisiya mü-hitinin istiqamətlərini dəyişərək, maliyyə resurslarını daha vacib sayılan istehsal-xidmət dairələrinə yönəldə bilər. Eyni zamanda dövlət özünün qiymət siyasəti ilə inflyasiya proseslərinə qarşı mübarizə aparır, beynəlxalq bazarda milli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinə, istehsalın modernləşdirilməsinə, onun strukturunun tək-milləşdirilməsinə səy göstərir. Dövlətin sosial siyasətinin reallaşdırılması əhalinin həyat səviyyəsinin yüksəldilməsi, müxtəlif sosial qruplar arasında fərqlərin tənzimlənməsi, yoxsulluğun azaldılması problemlərinin həllinə yönəldilir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin