|
|
səhifə | 90/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
C
Canlanma - İqtisadi tsiklin (dövrün, fazanın, silsilənin) böhran və durğunluq vəziyyətindən sonra yüksəlişin başlanmasını göstərən mərhələ.
Canlı əmək - Insanın şüurlu, məqsədyönlü fəaliyyəti üçün sərf etdiyi fıziki-intellektual enerjısı.
Cari bazar qiyməti - İndiki halda əmtəənin və xidmətin bazar qiyməti.
Cari xərclər - İndiki anda edilən və ödənilən xərclər.
Cari hesab - Şirkət və təşkilatların saxlanılması, onların müxtəlif tədiyyələr üzrə nağdsız hesablaşmalar aparmaq üçün bankdakı hesabı.
Cari valyuta siyasəti - Valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın və Maliyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər.
Cari əməliyyat balansı - Ölkədən ixrac olunan əmtəə-xidmətlərin həcmi ilə onların idxal həcmi arasındakı fərq.
Cari proqnozlar - Proqnozlaşdırmanın bir növü olub, tələbin cari müddət üçün nəzərdə tutulan perspektivlərini nəzərdə tutur.
Cəlb edilmiş vəsait - Müəssisəyə, şirkətə məxsus olmayıb, kənardan alınmış, lakin qaytanlana qədər istifadə edilə bilən vəsait.
Cərimə - Mövcud qanunları, qaydaları, müqavilə və saziş şərtlərini .pozanlara qarşı tətbiq edilən maddi tədbir, alınan müəyyən məbləğdə pul.
Cinni əmsalı - Ölkə əhalisinin pul gəlirlərinin müəyyən qruplar üzrə bölgüsü.
Çoğrafi seqmentləşdirmə - Yaşadıqları yerdən asılı olaraq, istehlakçıların (alıcıların) müəyyən kateqoriyalara bölünməsi.
Dostları ilə paylaş: |
|
|