Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə89/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

В

Bank - Müəyyən olunmuş müddətə pul əmanətlərini qəbul edən və kredit verən maliyyə təşkilatı.

Banknot - Mərkəzi Bank tərəfındən buraxılan və ölkənin pul təklifınin bir hissəsini təşkil edən nağd kağız pul.

Barter - Bir iqtisadi resurs və məhsul-xidmətin digərinə dəyişdirilməsi.

Bazar - Əmtəə və xidmətlərin alınıb-satıldığı, ticarət sövdələşmələrinin aparıldığı yer.

Bazar iqtisadiyyatı - Xüsusi mülkiyyətə, sərbəst sahibkarlıq fəaliyyətinə, rəqabətə, şəxsi maraqlara əsaslanıb, dövlətin təsərrüfat həyatına təsirinin məhdud olduğu iqtisadi sistem.

Bazar qiyməti - Alıcı və satıcı tərəfındən reallaşdırılan əmtəələrin-xidmətlərin satış qiyməti.

Bazar sistemi - Qarşılıqlı əlaqədə olan çoxsaylı (müxtəlif) bazarların məcmusu.

Bazar tələbi - Tələbin ümumi həcmi, fərdi tələblərin cəmi.

Balans - Şirkət və təşkilatların müəyyən müddət ərzində gəlir-xərclərinin yekunu.

Beynəlxalq Valyuta Fond и (BVF) - BMT nəzdində fəaliyyət göstərən və beynəlxalq miqyasda maliyyə-kredit tənzimlənməsi ilə məşğul olan təşkilat.

Birja - Əmtəə-xidmətlərin, iş qüvvəsinin, kapitalın, qiymətli kağızların alqı-satışında vasitəçilik edən təşkilat.

Beynəlxalq bazar - Müxtəlif dünya ölkələrinin daxil olduğu bazar.

Bonus - Əlavə mükafatlandırma, saziş şərtlərinə uyğun olaraq, alıcının satıcıya güzəştləri.

Broker (makler, dəllal) - Birjalarda alqı-satqı əməliyyatlarında vasitəçilik edən şəxs.

Borc kapitalı - Geri qaytarılmaq və müəyyən borc faizinin ödənilməsi şərti ilə verilən pul kapitalı.

Bölgü - İstehsal iştirakçılarının yaradılmış məhsuldan və gəlirdən istifadədə paylarının müəyyənləşdirilməsi.

Böhran - Bazar münasibətləri iqtisadi sistemində vaxtaşırı təkrar olunan tsiklik (dövrü) inkişaf prosesi.

Brend - Dünyada tanınmış ticarət markası.

Bretton-Vuds valyuta sistemi - qızıl-dollar standartı əsasında beynəlxalq hesablaşmaların təşkili formalarından biri.

Büdcə - Müəyyən müddət üçün dövlətin, müxtəlif idarə orqanlarının, ailələrin, ayn-ayrı şəxslərin pul gəlirləri ilə xərclərinin balansı.

Büdcə defisiti - II ərzində dövlətin büdcə xərclərinin onun gəlirlərindən çox olması.

Büdcə profositi - Vergi gəlirlərinin dövlət xərclərindən artıq qalan hissəsi.

Büdcə gəlirləri - Büdcəyə birbaşa və dolayı vergilərdən daxil olmalar.

Büdcə xətti - Mövcud qiymətlərlə, alıcının iki əmtəədən ibarət dəstin müəyyən miqdar nisbətində əldə etməsinin üstünlüyünü qrafıklə əks etdirən xətt.

Büdcə təşkilatları - Bütövlükdə yaxud qismən dövlət və yerli büdcədən maliyyələşdirilən təşkilatlar.

Büdcə tənzimlənməsi – İqtisadi inkişafın stimullaşdırılması, inflyasiyanın azaldılması, ticarət balansında mənfi meyllərin aradan qaldırılması məqsədilə vergi siyasətində dəyişiklər aparılması.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin