Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə88/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Açıq səhmdar cəmiyyəti - Səhmləri qiymətli kağızlar (fond) bazarında sərbəst satılıb-alınan səhmdar cəmiyyəti.

Agent - Başqalarının tapşırığı ilə müəyyən bir fəaliyyət növünü yerinə yetirən hüquqi və fiziki şəxs.

Ailə büdcəsi - Ailənin müəyyən dövr üçün pulla hesablanan gəlir və xərcləri.

Ailə (ev) təsərrüfatı - iqtisadi fəaliyyətin üç əsas (dövlət, sahibkar, ev təsərrüfat) iştirakçılarından (subyektlərindən) biri.

Ajiotaj - Möhtəkirlik məqsədilə birjada qiymətli kağızların və əmtəə-xidmətlərin qiymətlərinin süni surətdə aşağı salınması, yaxud qaldırılması.

Akkreditiv - Fiziki və hüquqi şəxsə müəyyən məbləğin ödənilməsi barədə bir bankın digərinə tapşırığı.

Aksiya (səhm) - Sahibinə dividend (müəyyən faiz) almaq və aksiya sahiblərinin yığıncağında iştirak edib, səs vermək hüququnu təmin edən qiymətli kağız.

Aksiz - Bəzi istehlak mallarına (spirtli içkilərə, tütün məmulatlarına, xammal növlərinə, zinət əşyalarına) qoyulan dolayı vergi.

Akt - Hüquqi qüvvəyə malik olan rəsmi sənəd.

Aktiv (aktivlər) - mülkiyyətçinin malik olduğu maddi və maliyyə resursları.

Aqrar münasibətlər - Kənd təsərrüfatındakı iqtisadi münasibətləri əks etdirir.

Aqrar-sənaye inteqrasiyası - Kənd təsərrüfatı ilə sənayenin əlaqəli sahələrinin birgə fəaliyyəti.

Aqrar-sənaye kompleksi - Kənd təsərrüfatı məhsulları istehsal edən (I sahə), aqrar bölmə üçün maşınlar istehsal edən sənaye (II sahə), kənd təsərrüfatı məhsullarının emalı, saxlanması, istehlakçılara çatdırılması, habelə mütəxəs-sislərin hazırlanması (III sahə) fəaliyyətlərinin məcmusu.

Aqrar siyasəti - Kənd təsərrüfatı məhsulları qiymətlərinin formalaşmasına, fermer təsərrüfatlarına kömək məqsədilə həyata keçirilən rəsmi siyasət xətti.

Aqrobiznes - Kənd təsərrüfatı ilə bağlı olan digər sahələrin birgə kompleksi.

Alıcı bazarı - Təklifə görə tələbin üstün olduğu bazar vəziyyəti.

Alıcılıq qabiliyyəti pariteti - Hər hansı bir valyuta vahidinin başqa ölkələrdə hansı kəmiyyət nisbətində əmtəə-xidmətlər alacağını əks etdirən məzənnə konsepsiyası.

Alyans - Müqavilə öhdəliyi əsasında yaradılan birlik.

Amil - İstehsal fəaliyyətinin əsas səbəb və şərtlərindən (torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti) biri.

Amortizasiya - Avadanlığın istifadəsi nəticəsində, onun dəyərinin tədricən azal-ması.

Antiinhisar qanunları - İnhisarçılığa qarşı mübarizə məqsədilə dövlət səviyyəsində qəbul olunmuş qanunlar.

Arbitraj - Qarşılıqlı müqavilə öhdəliyinin pozulması ilə bağlı yaranmış müna-qişənin həlli variantlarından biri.

Artım - İqtisadi göstəricilərin ilkin baza səviyyəsinə nisbətən dəyişmə dinamikası (artıb-azalması).

Aşkar xərclər - Şirkətləri istehsal resursları ilə təchiz edənlərə bilavasitə pulla olan ödənişləri.

Avropa İttifaqı (Birliyi) - Region iqtisadi əməkdaşlığın yüksək inteqrasiya forması olub, 27 ölkəni birləşdirir.

Avro - 2002-ci il 1 yanvar tarixdən dövriyyəyə buraxılmış və bir sıra Avropa ölkələrinin istifadə etdikləri kollektiv pul vahidi.

Avans (beh) - Müəyyən işlərin görülməsi və xidmətlərin yerinə yetirilməsi məqsədilə, əvvəlcədən ödənilmiş məbləğ.

Avtargiya - Beynəlxalq iqtisadi əlaqələrdən və dünya bazarından təcrid olunaraq, öz-özünü təmin etmə siyasəti.

Audit - Şirkət və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil peşəkar mütəxəssislər tərəfindən obyektiv təhlili.

Azad (sərbəst) iqtisadi zona - Ölkənin müəyyən ərazisində güzəştli vergi və gömrük şərtləri əsasında müxtəlif yerli-xarici şirkətlərin fəaliyyət göstərdiyi məkan.

Azalan marjinal məhsuldarlıq - İstehsal amilinin kəmiyyətcə artması, onun marjinal (son faydalılıq) səviyyəsinin aşağı düşməsi.

Azad bazar – azad sahibkarlığa, sərbəst rəqabətə əsaslanan, dövlətin müdaxi-ləsindən azad olan bazar.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin