Əmtəənin dəyəri - Əmtəə istehsalçılarının əmtəədə maddi-ləşmiş ictimai dəyəri, istehsal xərcləri və faydalılıq həddinin məcmusu.
Ənənəvi iqtisadiyyat - İqtisadi qanun və prinsiplər əsasında deyil, nəsildən-nəslə formalaşmış adətlər, ənənələr üzrə fəaliyyət göstərən iqtisadiyyat.
Əsas fondlar- Istehsal prosesində uzun müddət iştirak edən və öz dəyərini hazır məhsulun üzərinə hissə-hissə keçirən əmək vasitələri.
Əsas fondların fiziki asınması - Əmək vasitələrinin fıziki baxımdan köhnəlib sıradan çıxması.
Əsas fondların mənəvi asınması- Yeni texnika və mütərəqqi texnologiyaların yaranması nəticəsində əvvəlki istehsal vasitələrinin səmərəliliyinin aşağı düşməsi.