Əsas kapital – Şirkətlərin, müəssisələrin təkrar satış üçün deyil, uzunmüddətli istifadə məqsədilə aldığı bina və avadanlıqlar (aktivlər). F
Faiz riski - Bazarda faiz dərəcələrinin bankın kredit-depozit əməliyyatlarından əldə etdiyi mənfəətinin azalmasına səbəb ola bilən dəyişkən bank riski növü.
Faydalılıq prinsipi - İnsanların ictimai nemət və xidmətlərdən aldıqları fayda əvəzində, onların müəyyən vergi ödəməli olduqlarının nəzərdə tutulması.
Federal Ehtiyatlar Sistemi- ABŞ-nın Mərkəzi Bankı.
Fermer problemi- İqtisadiyyatın digər sahələrinə nisbətən fermerlərin böyük bir hissəsinin gəlirlərinin aşağı olması və bu meylin artması.