|
E
Ekstensiv inkişaf tipi
|
səhifə | 93/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
E
Ekstensiv inkişaf tipi – Əvvəlki texniki-texnoloji baza əsasında, əlavə xammal və iş qüvvəsi cəlb etməklə istehsalın həcminin artması.
Elmi-texniki potensial - Elm və texnikanın inkişafının xarakterizə edən bütün göstəricilər kompleksi.
Elastiklik - Tələb və təklifın həcminin onları müəyyən edən amillərdən (ilk növbədə qiymətlərdən) asılı olaraq dəyişməsi, həssaslığı.
Elastik təklif - Elastiklik əmsalı vahidləri çox olan təklif (E > 1).
Elastik tələb - Elastiklik əmsalı vahiddən çox olan tələb (E > 1).
Elastiklik əmsalı - İqtisadi göstəricinin onun asılı olduğu amillərə həssaslığını səciyyələndirən göstərici
Elektron satışları - Xüsusi kompüter sistemləri (şəbəkəsi) əsasında geniş ərazini və alıcıları əhatə edən satışlar.
Embargo - Ölkəyə əmtəə-xidmətlər idxalı və ixracının qadağan edilməsi.
Emissiya - Qiymətli kağızların, bank biletləri və kağız pulların hazırlanıb dövriyyəyə buraxılması.
Dostları ilə paylaş: |
|
|