Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Düşdü yenə dəli könlüm gözlərinin xəyalinə



Yüklə 319,77 Kb.
səhifə126/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   122   123   124   125   126   127   128   129   ...   189
2019-04-25 12-07-55

Düşdü yenə dəli könlüm gözlərinin xəyalinə,
Kim nə bilir, bu könlümün fikri nədir, xəyali nə? (İ.Nəsimi)
Frazeoloji vahid sərbəst söz birləşmələrindən törəyir. Konkret söz birləşmələri və cümlə onun mənbəyidir. Frazeoloji vahidlərin böyük bir hissəsi sərbəst söz birləşmələrinin yenidən mənalandırılması əsasında meydana gəlir, onda həqiqi və məcazi məna kimi leksik mənalar bir leksik vahiddə birləşir.
Yekun olaraq bildirək ki, sərbəst söz birləşmələri müstəqil leksik mənaya malik olan sözlərin məna və qrammatik cəhətdən birləşməsinə deyilir; onlar sintaktik vahiddir; dildə hazır şəkildə formalaşmır, nitq prosesində yaranır; tərəfləri dəyişdirmək mümkündür; tərəflər müstəqil leksik mənasını qoruyub saxlayır; tərəflər arasındakı sintaktik əlaqə olduqca aktivdir; əsasən, məcazi məna ifadə etmir; tərəflərin sırasını dəyişmək olmur.
Frazeoloji vahidləri əmələ gətirən sözlər isə öz müstəqil leksik mənasını ya tamamilə, ya da qismən itirir, bütövlükdə bir məna ifadə edir; dildən hazır şəkildə götürülür; məcazi məna ifadə edir; bir sözlə ifadə edilir (ekvivalenti var); başqa bir dilə tərcümə etmək olmur; tərəfləri ayırıb başqa sözlə əvəz etmək olmur; söz sırası, əsasən dəqiq və sabit olur (bədii məqsədlər üçün pozula bilir) və s.
Yeri gəlmişkən, gələcək mövzularımızda bu haqda geniş məlumat veriləcək.
Sintaksis dilçiliyin nəinki bütün bölmələri ilə çox sıx şəkildə bağlıdır, eyni zamanda ədəbiyyat fənni ilə də əlaqəlidir. Sintaksis bölməsində elə bir mövzu tapılmaz ki, bədii ədəbiyyatdan nümunələr gətirilməsin.
4. Ədəbiyyat dərsləri şagirdlərin rabitəli nitqinin inkişafında, inşa yazmaq qabiliyyətinin yaranmasında, onun möhkəmlənməsində, bacarıq və vərdişə çevrilməsində baza rolunu oynayır. Hər bir bədii mətn üzərində iş aparılarkən, birinci növbədə, onun məzmununun aydın qavranılması nəzərə alınmalıdır. Bunun üçün bədii qiraəti düzgün istiqamətləndirmək tələb olunur. Müəllim çalışmalıdır ki, şagird ədəbi dilin normalarına riayət etsin, intona- siyanı, vurğunu, cümlənin məqsəd və intonasiyaya görə hansı növdə olduğunu çatdıra bilsin. Belə olanda bədii əsərlərdə izlənilən məqsəd və məram aydın dərk edilir. Bu isə hər iki fənn arasındakı qar- şılıqlı əlaqədən, xüsusən sintaksis bölməsi ilə daha sıx qurulmuş əlaqədən asılıdır.
Cümlənin məqsəd və intonasiyaya görə növləri, onların formalaşmasında dil vahidlərini rolu, qrammatik və ritorik suallar, bədii nidalar, xitablar, ellipsis cə s. haqqında nəzəri məlumatları əsaslandırmaq üçün nümunələr gətiririk. Nümunələr də, təbii ki, bədii əsərlərdən olacaq. Məlumdur ki, bədii nidalar, xitablar, ellipsis qrammatik səviyyədə obrazlılığı, əsərin təsir gücü- nü artıran ən uğurlu vasitələrdəndir. Həmin qrammatik vahidlər tədris edilərkən ədəbiyyat fənni ilə inteqrasiya yaratmamaq qeyri-mümkündür. Onların bədii mətndəki vəzifəsi konkret faktlarla izah edilməlidir. Çağırış nidaları istər məişət üslubunda, istərsə də bədii üslubda, əsasən, xitablarla birgə işlənir. Belə məqamlarda xitabın yaratdığı emosional ovqat daha güclü olur. Çünki belə cümlələrdə xitablar əsl müraciət obyekti kimi yox, bədii priyom kimi işlədilir. Bədii xitablarda şəxslə bərabər, digər canlılar, cansız əşyalar, mücərrəd anlayışlar ifadə olunur. Əlbəttə, nümunələrin verilməsi yenə də ədəbiyyat fənni ilə əlaqə yaratmağa səbəb olacaq:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin