Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə165/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   161   162   163   164   165   166   167   168   ...   189
2019-04-25 12-07-55

1) Zaman əlaqəsi. Bu əlaqə tabesiz mürəkkəb cümlənin ayrı-ayrı bərabərhüquqlu cümlələri arasında zaman eyniliyini bildirir. Belə tabesiz mürəkkəb cümlələrdə müəyyən zaman daxilində icra edilən işlər, baş verən hadisələr və hökmlər müəllif tərəfindən tabesiz mürəkkəb cümləyə məxsus vahid bir intonasiya ilə bir-biri ilə birləşdirilir.Ya intonasiya ilə, ya da və da/də, nə, həm (də) bağlayıcıları ilə əlaqələnir. MəSələn, Nə Münəvvər razı olurdu, nə də Olqa xanım Munəvvərsiz getmək istəyirdi (M. S. Ordubadi). Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüsdü (A. Ş.). Bu misalların hər birinin tərkib hissələrində icra edilən işlər eyni qrammatik zaman formalarına malikdir, biri digərindən sonra deyil, hamısı eyni zamanda baş verir.Buna görə də kompenentlərin sırasını dəyişsək də nə zamana, nə məzmuna xələl gələr.
Zaman əlaqəsinin bir tipi də ardıcıllıqdır. Bu əlaqə növündə bir proses halında davam edən bir necə işdən, hadisədən bəhs edilir. Burada kompenentlərdəki işlər müəyyən ardıcıllıqla düzülür və bu ardıcıllığı dəyişsək, cümlənin ümumi məzmunu pozular. Məsələn, Bir azdan sonra ışıqlar söndü, salonu bürümüş gurultu yavaş-yavaş azaldı, pərdələr açılarkən səs tamamilə kəsildi (M. Hüseyn). Bəzi hallarda ardıcılıq əlaqəsi ilə bağlanan kompenentlər arasındakı nisbi zaman fərqini daha qabarıq şəkildə nəzərə çatdırmaq üçün sonuncu kompenentdən əvvəl sonra, sonra da, bundan sonra və s. söz və ya söz birləşmələri də işlədilir. Məsələn, Teymur ağa girir pərdənin dalısına, sonra vəzir əlində ağac axsaya-axsaya otağa daxil olur.
3) Səbəb-nəticə əlaqəsi. Səbəb- nəticə əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birincisində ifadə edilən fikir 2 -ci tərkib hissədə irəli sürülən fikir üçün səbəb, 2 -ci tərkib hissədəki fikir isə 1 -ci üçün nəticə məzmununa malik olur. Bu məna əlaqəsində kompenentlər ya intonasiya, ya da və, da/də, isə, odur ki bağlayıcıları ilə bağlanır. Səbəb – nəticə əlaqəsində birləşən tərkib hissələrdən 2-nin 1- ciyə munasibəti 2 planda ola bilər: 1) İş və onun nəticəsini bildirənlər. Belə cümlələrdə 2-ci tərkib hissədəki iş 1- ci tərkib hissədəki işin gözlənilən yeganə nəticəsini bildirir. Məsələn, Getdikcə bu pərdə qalınlşır, Qulam itib- batır, görünməz olurdu.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin