Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə18/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   189
2019-04-25 12-07-55

Ümumi və xüsusi kateqoriyalar
Qrammatik kateqoriyaların bir qismi fəaliyyət dairəsinin genişliyinə görə ümumi səciyyə daşıyır. Belə qrammatik kateqoriyalar nitq hissələrinin böyük əksəriyyətini əhatə edir. Məsələn, kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları yalnız ismə aid deyildir. Bunlar sifət, say, feli sifət (substantivləşdikdə), əvəzlik, məsdərə də aiddir. Ona görə də bu tipli kateqoriyalar ümumi qrammatik kateqoriyalar adlanır. Lakin əsasən, ismə xas olduğu nəzərə alınaraq, isim bölməsində şərh edilir.
Ümumi qrammatik kateqoriyalar funksiyasına, məna və məzmununa, həmçinin formal əlamətlərinə görə həm sintaktik, həm də morfoloji kateqoriya hesab olunur. Bu baxımdan da bu cür kateqoriyalar ümumi kateqoriya adı altında toplanmışdır.
İsimlərdə hallanma, mənsubiyyətə görə dəyişmə sintaksislə birbaşa əlaqədardır. Belə ki, sintaksisin predmeti sərbəst söz birləşmələri və cümlədir. Yuxarıdakı sətirlərdə də qeyd etdik ki, söz birləşmələri leksik mənaya malik olan sözlərin məna və qrammatik cəhətdən birləşməsindən yaranır. Sözlər və söz birləşmələri də birləşərək cümlələri yaradır. Onlar arasındakı əlaqəni isə (idarə, uzlaşma) qrammatik kateqoriyalar yaradır. İdarə əlaqəsinin göstəricisi hal, uzlaşma əlaqəsinin morfoloji əlaməti mənsubiyyət və şəxs (xəbərlik) şəkilçiləridir.
Aydındır ki, isim cümlədə tək işlənmir, başqa sözlə əlaqəyə girir. Əlaqəyə girdiyi sözün tələbinə görə dəyişir. Məsələn:
1) Sən məktubu atana yazdın?
2) Biz məktəbdən gəlirik.
3) Gülün ləçəkləri solmuşdu.
Cümlələrdəki isimlərin hansı sözün tələbinə görə dəyişdiyini izləyirik;
Sən yazdın ----- nəyi? (məktubu)
Sən yazdın ------- kimə? (atana)
Biz gəlirik ----------- haradan? (məktəbdən)
Ləçəkləri -------------- nəyin? (gülün)
Məlum olur ki, 1-ci cümlədə yazdın felinin tələbinə görə məktubu təsirlik, atana yönlük; 2-ci cümlədə gəlirik felinin tələbinə görə məktəbdən çıxışlıq, 3-cü cümlədə ləçəkləri sözünün (isim) tələbinə görə gülün yiyəlik halda işlənib. Deməli, idarə olunub. İdarə əlaqəsinin göstəricisi isə hal şəkilçiləridir.
Mənsubiyyət kateqoriyasının da mahiyyətini bilmədən uzlaşma əlaqəsini, II və III növ təyini söz birləşmələrini öyrənmək olmaz. II və III növ təyini söz birləşmələrini mənimsəmək üçün yalnız mənsubiyyətə görə dəyişməni bilmək kifayət etmir, eyni zamanda ismin yiyəlik halının xarakterinə bələd olmalısan. Aşağıdakı birləşmələrə nəzər yetirək:

uzl.


  1. ana ← laylası


id.

uzl.
2) mənim anam
id.
Hər iki birləşmənin birinci tərəfləri yiyəlik haldadır, ikinci tərəflər isə mənsubiyyətə görə dəyişib. Hər birləşmədə iki əlaqə var, həm idarə, həm uzlaşma. İdarə əlaqəsinin göstəricisi birinci birləşmədə qeyri-müəyyən yiyəlik hal, ikinci birləşmədə müəyyən yiyəlik hal, uzlaşma əlaqəsinin göstəricisi birinci birləşmədə III şəxsin təkinin, ikinci birləşmədə isə I şəxsin təkinin şəkilçisidir.
Bu nümunələr bir daha sübut edir ki, qrammatik kateqoriyaların bəziləri həm morfoloji, həm də sintaktik funksiya daşıyır. Qrammatik kateqoriyaların bir qismi isə yalnız bir nitq hissəsinə aid olduğundan xüsusi kateqoriya adlanır. Feillərdə təsirlilik, növ, şəkil, zaman kateqoriyaları xüsusi kateqoriyalardır.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin