Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Antonim mənalı zaman zərflərinin birgə işlənməsi ilə: axşam-sabah, gecə-gündüz, gec-tez, bu gündə-sabahda. Məs.: Axşam-sabah



Yüklə 319,77 Kb.
səhifə63/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   189
2019-04-25 12-07-55

2. Antonim mənalı zaman zərflərinin birgə işlənməsi ilə: axşam-sabah, gecə-gündüz, gec-tez, bu gündə-sabahda. Məs.: Axşam-sabah, çeşmə, sənin başına, Bilirsənmi, necə canlar dolanır... (A.Ələsgər). Gec-tez haqq öz yerini tapacaq.
3. Birinci çıxışlıq, ikinci yönlük halda olan iki zaman zərfinin, isim və ya əvəzliyin təkrarı ilə: gündən-günə, sonradan-sonraya, haçandan-haçana və s. Məsələn, Əfəndi babam haçandan-haçana başını qaldırdı və ev əhli ilə sağollaşıb qışlağa yol aldı. (İ. Ə.) Qız gündən-günə böyüyür, həm də gözəlləşir. (Az. əfsanələri)
4. Hərdən, ara sözlərinin bir sıra sözləri ilə birgə işlənməsi ilə: arabir, hərdənbir, ara-sıra. Məs.: Qazı ağa balaca stəkanda tünd rəngli çay içib, uzun qırmızı müştüyündə dalbadal eşmə papiros çəkirdi və arabir məzəli söhbətlər edirdi. (İ. Ə.) Hərdənbir göy üzünü qara buludlar bürüyür, ara-sıra yağış damcılayırdı. (R.H.)
5. O, bu işarə əvəzliyinin zaman məzmunlu sözlərlə birgə işlənməsi ilə: bu gün, bu axşam, bu an, bu il, o gün, bu gecə, bu zaman, o vaxt, bu vaxt. Məs.: Elə bu zaman Eyvaz dayı Bayram babama neçə gün əvvəl başına gəlmiş qəribə bir hadisə danışırdı. (İ.Ə.) O vaxtlar qadının yad kişi ilə danışmağı məqbul sayılmadığı üçün Tofiq bəy anamla salamlaşmadı. (İ. Ə.) O zaman babam acıqlanıb Fatma nənəmə dedi... (İ. Ə.) O vaxtdan o, xəcalətindən başını da qaldırmır, həmişə başıaşağı kola söykənir. (Az. əfsanələri) Bu vaxt bir inilti eşitdim, zalım ovçu ox ilə maralı yaralamışdı. (Az. əfsanələri) Boynu bükük bənövşə o gündən həmişə kol dibində bitir. (Az. əfsanələri)
6. Birinci tərəfi axşam sözü, ikinci tərəfi cağ, üst sözlərinə mənsubiyyət şəkilçisi artırmaqla: axşamüstü, axşamçağı. Məs.: Axşamüstü qoy uzaqdan havalansın Xanın səsi, Qarabağın şikəstəsi. (S.V.) Axşamçağı bacımla məni də götürüb getdi təzə mülkümüzə baxmağa (İ. Ə.)
7. Qeyri-müəyyənlik bildirən bir sözü ilə zaman anlayışlı müddət, zaman, vaxt, dəfə, axşam, sabah, səhər sözlərinin birgə işlənməsi ilə: Bir gün Ağgülün budağına xallı kəpənək qonur. (Az. xalq əfsanələri) Bir dəfə Şeşən yenə də bağçada təkcə oturub həmin çiçəyə tamaşa edirmiş. (Az. əfsanələri) Bir gün çəmənə səs düşdü ki, quşların ən gözəli olan bülbül bənövşəyə vurulub. (Az. əfsanələri) Bir axşam onların qapısını bir qoca döydü, bircə gecə yatmağa, dincəlməyə bir bucaq istədi. (Az. əfsanələri) Qardaşlar bir müddət gözlədilər, lakin komadan səs gəlmədi. (Az. əfsanələri)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin