Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə96/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   92   93   94   95   96   97   98   99   ...   189
2019-04-25 12-07-55

* -ınca, -incə, unca, -üncə. Nisbətən qeyri-məhsuldardır. Zaman məzmunu bildirir. Cümlədə zaman zərfliyi olur: Ey can, mən camalın görüncə can derəm, Görsət kim, ol camalın görsəm, rəvan derəm. (Ş. İ. X.) Mən Gülərin belə şən olduğunu görüncə sevincimdən qanad açmaq istəyirəm. (C.C.)
* -araq, -ərək. Bu şəkilçi vasitəsilə tərzi-hərəkət, hal-vəziyyət, bəzən də səbəb məzmunlu feli bağlamalar yaranır. Əsas sintaktik vəzifəsi tərzi-hərəkət, qismən də səbəb və zaman zərfliyi olur. Məs.: Qətibə nazlanaraq, qaş-gözünü süzdürərək sual verdi. (M.S.O.) Lətifə Tahirin bu nəvazişindən utanaraq üzünü əlləri ilə örtdü. (M.H.)
* -alı, -əli. Qeyri-məhsuldardır şəkilçidir. Bu şəkilçi ilə düzələn feli bağlamalar əsas feildəki işin başlanğıc zamanını bildirir.
-alı,-əli şəkilçili feli bağlamalara klassik ədəbiyyatda daha çox rast gəlinir: Camalın görəli can buldum, ey can, Yüzünü nuri-iman buldum, ey can! (Ş. İ. Xətai)
-alı, -əli şəkilçili feli bağlamalar bəzən ismi xəbərli cümlədə işlənir və hadisə, əhvalat məzmunu ifadə edərək cümlənin mübtədası olur. Bu məqamlar, əsasən, danışıq dilinə xasdır. Məs.: Seyfi ailəsinə qayıdalı üç il idi, ancaq oğlu onu hələ də bağışlamamışdı.
* -arkən, -ərkən zaman məzmunlu feli bağlama yaradır. Gedərkən qapını arxadan bağlamağı unutma.
* -dıqda, -dikdə, -duqca, -dükcə; -dıqca, -dikcə, -duqca, -dükcə zaman məzmunlu feli bağlama yaradır.
Duyduqca, düşündükcə dolur qəlbimə tarı
Min şübhəli illət... (H.Cavid)
* -a (-ə) nisbətən məhsuldardır. Təkrar olunan feillərə artırılaraq mürəkkəb feli bağlama yaradır. Tərz məzmunu bildirir, cümlədə sintaktik vəzifəsi tərzi-hərəkət zərfliyidir:
Alçaq yerdən duman qalxar
Dağı dolana-dolana.
Göy üzünü bulud alar
Mahı dolana-dolana. (Qurbani) Mədinə əlləri titrəyə-titrəyə çayı rəssamın qabağına qoydu. (M.İ.)
* -caq, -cək qeyri-məhsuldardır. Bu şəkilçi ilə düzələn feli bağlamaların ifadə etdiyi işin icrası ilə əsas felin ifadə etdiyi işin icrası eyni zamanda başlanır. Bu şəkilçi klassik ədəbiyyatda -gəc (-ğac) formasında çox işlək olmuşdur. Könlüm açılır zülfi-pərişanını görgəc. (M. Füzuli)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin