Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Məsdərin ismə məxsus xüsusiyyətləri



Yüklə 319,77 Kb.
səhifə92/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   189
2019-04-25 12-07-55

Məsdərin ismə məxsus xüsusiyyətləri:
* Məsdərlər də isimlər kimi hallanır: oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan; qonaq, qonağın, qonağa, qonağı, qonaqda, qonaqdan və s. Yaşamaq istəyirəm axan bir bulud kimi, Yaşamaq istəyirəm gül açan torpaq kimi, Yaşamaq istəyirəm yer üzündə haqq kimi. (Ə.K) Saçlarıma ağ cığırlar salmağa, Günlər, aylar, illər yaman tələsdi. (R.K.)
* Məsdərlər də isimlər kimi mənsubiyyətə görə dəyişir:
Tək Cəm
Mənim oxumağım Bizim oxumağımız
Sənin oxumağın Sizin oxumağınız
Onun oxumağı Onların oxumağı

Mənim kitabım Bizim kitabımız


Sənin kitabın Sizin kitabınız
Onun kitabı Onların kitabları
Mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər kimi, mənsubiyyət şəkilçisi qəbul etmiş məsdərlər də yenidən hallana bilir:
Mənim kitabımın; mənim oxumağımın
* Məsdərlər də isimlər kimi qoşmalarla işlənir: elçiyə görə, kitab üçün; oxumaq üçün, yazmağa görə. Məs.: Bu qəmdən silkinib yaşamaq üçün Dəli bir ağlamaq keçir könlümdən. (A. Mustafayev) Halva, halva deməklə ağız şirin olmaz. (A.sözü). Oxumaqla bülbül olmaz sərçələr
Budaq kölgəsində daldalansa da. (X. Bayraməli).
* İsimlər kim məsdərlər də, əsasən, eyni sintaktik vəzifə daşıyır. Belə ki, məsdərlər də cümlədə mübtəda, tamamlıq, xəbər, zərflik olur. Müqayisə qoşması ilə işlənərkən təyin vəzifəsində də işlənə bilir. Məsələn:
Gəncliyimi əllərimdən almağa, Günlər, aylar, illər yaman tələsdi (zərflik). Vətəni sevmək niyə günah olurmuş, ay allah! (mübtəda) Şam əgər yanmırsa, yaşamır, demək, Onun da mənası yanmağındadır (xəbər).
Quran oxumağı anasının əmisi Axund Ələsgərdən öyrənmişdi (tamamlıq). Vətəni sevmək kimi ali hiss yoxdur (təyin).
* İsimlər kimi məsdərlər də II və III növ təyini söz birləşmələrinin tərəfləri kimi çıxış edir: oxumaq arzusu, Gülnarın oxumağı, oxumağın faydası və s.
Məsdərin isimdən fərqli cəhətləri:
* İsimlər söz yaradıcılığında fəaldır, lakin məsdərlərdə bu xüsusiyyət yoxdur.
* İsimlər kəmiyyət kateqoriyasına malik olduğu halda, məsdərlər bundan məhrumdur.
* İsimlər cümlədə təyin vəzifəsini də icra edir, lakin məsdərlər ayrılıqda yox.
Mövcud dərsliklərdə bəzən məsdərlə feli isimlər bir-birinə qarışdırılır. Lakin bunlar bir-birindən fərqlənir. Bilmək lazımdır ki, feli isim -ma,-mə, məsdər -maq,-mək şəkilçisi ilə yaranır.
Feli isimlər aşağıdakı cəhətlərə görə diqqəti cəlb edir:
* -ma,-mə şəkilçisini qəbul edərək əmələ gəlmiş feli isimlərin bir qismi leksikləşmə prosesi keçirir, onu kök və şəkilçiyə ayırmaq olmur: düymə, çığırtma
* -ma2 şəkilçisi ilə yaranmış bir qrup feli isimlər felə məxsus olan növ kateqoriyasının şəkilçilərini daşıya bilir: sənayeləşdirmə, planlaşdırılma və s.
( Qeyd: qazmaq, çaxmaq, yemək isimləri ilə məsdərləri fərqləndirmək!)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin