Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə89/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   189
2019-04-25 12-07-55

Felin davam şəkli
Felin davam şəklinə bəzən davamlı keçmiş, bəzən ikinci dərəcəli indiki zaman da deyilir. Belə ki, oxumaqda idimoxumaqdayam feillərində iş, hal və hərəkətin icra vaxtı ifadə olunur. İş, hal və hərəkətin icra vaxtını bildirmək isə felin zaman kateqoriyasına məxsus əsas xüsusiyyətlərdəndir. Bunları felin zaman kateqoriyasından fərqləndirən ancaq onların inkarda işlənməməsidir. İnkarda işlənməməsinin səbəbini onunla əlaqələndirirlər ki, məlumat verilən vaxtdan əvvəl başlanıb davam edən iş, hal və hərəkəti ifadə etdikləri üçün davamlı keçmiş və davamlı indiki zamanların inkarda işlənməsi lazım gəlmir. Əslində, deyilən bu fikirlər özünü o qədər də doğrultmur.
Felin davam şəkli xüsusi şəkil olaraq, icra edilən iş, hal və hərəkətin onlar haqqında məlumat verildiyi zamanda da davam etdiyi, bitmədiyi bildirilir.
Davam şəkli feil kökünün və əsasının üzərinə -maqda2 şəkilçisini artırmaqla düzəlir. Bütün şəxslər üzrə dəyişir, zaman kateqoriyasını isə qəbul etmir.
Felin davam şəklinin aşağıdakı xüsusiyyətləri var:
1. Felin davam şəkli şəxslər üzrə dəyişir:
Tək Cəm
Mən yaz + maqda + yam Biz yaz + maqda + yıq
Sən yaz + maqda + san Siz yaz + maqda + sınız
O yaz + maqda + dır Onlar yaz + maqda + dırlar
2. Davam şəkli inkar şəkilçisini (-ma2) qəbul etmir. Bu şəklin inkarı, əsasən, deyil sözü ilə formalaşır. Lazım şəklində olduğu kimi, şəxs şəkilçiləri deyil sözünün üzərinə artırılır: yazmaqda deyiləm, yazmaqda deyilik, oxumaqda deyildir və s.
Onu da qeyd edək ki, davam şəklinin deyil sözü ilə işlənməsi praktik olaraq dildə özünü az göstərir. Əgər mətn dialoqlar şəklində qurulursa, inkar əlaməti olaraq yox, xeyr ədatlarından istifadə olunur. Məs.:
– Hələ sən oxumaqdasan?
– Yox (xeyr).
Bu, məişət üslubunda daha çox rast gəlinən haldır.
3. Felin davam şəkli də sadə və mürəkkəb olur. Sadə davam şəkli yuxarıda qeyd etdiyimiz kimi, feil kökü+xüsusi şəkli əlamət+şəxs şəkilçisindən ibarət olur və iş, hal və hərəkəti məzmunca indiki zamana bağlayır: gəzməkdəyəm, gəzməkdəsən, gəzməkdədir və s.
Davam şəklinin mürəkkəbi idi, imiş, isə köməkçi sözlərinin iştirakı ilə yaranır. İdi, imiş (-dı4, -mış4) felin davam şəklini keçmiş zamana bağlayaraq hekayə və rəvayət forması yaradır və şəxs sonluqları idi sözünün sonuna, imiş köməkçi sözünün əvvəlinə, həmçinin sonuna da artırılır. Məsələn, yazmaqda idim, yazmaqda idiniz, yazmaqda imişsən, yazmaqdasanmış və s.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin