9.6 Nasoslar Kimya və neft-kimya sənayesində nasoslar ancaq nəqletmə vasitəsi deyil,
həm də onlar vacib texnoloji avadanlıq, texnoloji proseslərin axınını təmin edən,
qızdırıcı və soyuducu maddələrin verilməsi, “dozirovka” proseslərinin
həlledicisidir.
Nasoslar maddələrin (turşular,qələvilər, maye qazlar, aşağı və yuxarı
temperaturda maddələri) bir yerdən başqa yerə nəqlini təmin edir. Nasosların
təhlükəsizliyi sadə və etibarlı kohstruksiyası ilə, materiallarının korroziyaya
davamlılığı ilə seçilir.
9.7 Porşenli nasoslar Porşenli nasoslar yüksək təzyiq yaratmaq qabiliyyətinə malikdir. Nasosun
işə buraxılması axın (napor) xətti açıq halda aparılır.Qidalandırıcı (naqnetaniya)
xətt bağlı və ya tutulmuş olsa “prokladka” çıxır yaxud boru kəməri dağılır. Qəza
halını aradan qaldırmaq üçün nasosun qidalandırıcı xəttini qoruyucu klapan
vasitəsilə sorma xəttini “obvodnoy” xətti ilə birləşdirirlər. Porşenli nasosların
vacib hissəsi klapanlardır. Çünki daha çox eroziya və korroziyaya məruz qalır,
ərplərlə tutulurlar. Porşen və nasosları korroziyadan mühafizə çətin olduğundan
mexaniki və hidravliki ötürücülü diafraqmalı nasosdan istifadə olunur.
Partlayış təhlükəli istehsalatlarda porşenli nasoslar üçün düz hərəkətli buxar
ötürücülərindən istifadə olunur. İşlənmiş buxarı suvarıcı kondensatorların
bağlanmasına yönəldirlər ki, bu da buxar ötürücülərinin f.i.ə-nı yaxşılaşdırır.
Bəzən buxar əvəzinə sıxılmış havadan da istifadə olunur.
9.8 Mərkəzdənqaçma nasosları Bu tipli nasosların klapanları yoxdur, quruluşu sadədir, çirkli mayelərin,
şlamların nəqlində istifadə olunur. Asan avtomatlaşdırılır, müəyyən müddət
nəzarətsiz işi mümkündür. Çoxpilləli nasoslar yüksək təzyiq yaratmaq və 400
0
C-yə
qədər istiliyi olan mayeləri nəqletmə qabiliyyətinə malikdir.
(Təhlükəsizlik prinsipləri barədə)