Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   101
ST müh

9.9 Xüsusi növ nasoslar 
Yüksək özlüklü məhlulların, suspenziyaların, çox çirkli mayelərin nəqlində 
xüsusi konstruksiyalı həcmli nasoslardan - çarxli, ekstsentrik sürüşkən pərli, 
rotorlu və s. istifadə olunur. 
Belə nasosların qəzasız və etibarlı işini təmin etmək üçün onlara vaxtlı-
vaxtında nəzarət edib xarab olmuş və elastik hissələrini dəyişmək lazımdır. 
Polimer hissələrin müəyyən xidmət müddəti olduğundan tez-tez səradan çıxır. Bir 
də belə nasoslarla dielektri mayelərin nəqledilməsində istifadə olunduğu zaman 
statistik elektrik yükü əmələ gəlir ki, bunun da aradan qaldırılması üçün tədbir 
görülməlidir. 
9.10 Nasos stansiyaları 
Bir 
qayda olaraq nasoslar avadanlıq və çənlərin yaxınlığında 
quraşdırılır.Nasosların sayı çox olduqda onlara xidmət etmək asan olması üçün 
onlar ayrılıqda nasos stansiyaları və şöbələrində yerləşdirilir. Nasos stansiyası və 
ya şöbəsi bəzən ayrı binada, bəzən is. Açıq havada yerləşdirilir. Onlar nəql etdiyi 
maddələrin xüsusiyyətlərinə görə çox vaxt qruplaşdırılıb yerləşdirilir. 
250
0
C-dən yuxarı temperaturda maye nəql edən nasoslar bütöv divarlaayrıd 
edilir.Nasosların özülü arasında 1 m enində, xidmət hissəsində 1,5 m enində 
sərbəst hərəkət sahəsi olmalıdır. Quraşdırma və təmir işlərinin təhlükəsizliyi üçün 
nasosların üstündə balka və ya monorels və onlardan asılmaq üçün tal yaxud
telfer quraşdırılır. 


Nəql olunan maddələrin xassələrindən asılı olaraq nasos stansiyasının 
yanğın üzrə kateqoriyası, elektrik avadanlıqları, materialın növü müəyyən olunur. 
Nasos stansiyası bir mərtəbəli binalarda ən azı iki çıxışla təchiz olunur. 
Nasos stansiyalarının döşəməsi nəql olunan materiala təsir etməyən metlax 
plitəsindən drenaja maili vəziyyətdə (yuyulanda suyun xüsusi tutucuya (lavuşkaya)
tökülməsi üçün) yerinə yetirilir. 
Dövri nəql sistemləri üçün nasosların çənlər yuxarı doldurma həddinə 
çatdıqda dayanması üçün “blakirovka” ilə təchiz olunurlar, boşaldıqda isə aşağı
həddə çatdıqda “blakirovka” olmadıqda nasoslar etibarlı siqnal sistemləri ilə 
təchiz olunmalıdır və işçilər tərəfindən doldurma və boşaltma işləri nəzarətdə
olmalıdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin