Yüksək ixtisaslı elmi-pedaqoji kadr məfhumu. Bəli, belə məfhum da mövcuddur. Həmin məfhum ali məktəbin əsasən ikinci pilləsi ilə də əlaqədardır. Yuxarıda deyildiyi kimi, ali məktəbin ikinci pilləsində magkstrlər hazırlanır. Bəs magistrləri kimlər hazırlayır? Magistrlərin təlimi, tərbiyə və təhsili ilə məşğul olan mütəxəssislər elmlər doktorları və professorlardır, qismən də elmlər namizədləri və dosentlərdir. Məhz onlar – magistrlərin, yəni elmi-pedaqoji kadrların yetişdirilməsində fəaliyyət göstərən elmlər doktorları və professorlar, elmlər namizədləri və dosentlər – yüksək ixtisaslı elmi-pedaqoji kadrlardır.
Deməli, ali məktəblərin bir qismi nəinki adi pedaqoji kadrlar, nəinki elmi-pedaqoji kadrlar, habelə yüksək ixtisaslı elmi-pedaqoji kadrlar da hazırlaya bilir.
Dostları ilə paylaş: |