Azərbaycan Respublikası Təhsil Qanununun bəzi müddəaları.
Ali məktəb öz fəaliyyətinin təşkilində əsas götürdüyü ikinci sənəd Azərbayçan Respublikasının Təhsil Qanunudur. Ali məktəbin fəaliyyət xüsusiyyətləri, təhsil sahəsində əsas götürdüyü dövlət siyasətinin prinsipləri, təhsil sahəsində vətəndaşların hüquqları, təhsil sisteminin məqsəd və vəzifələri, ictimai-siyasi fəaliyyət, təhsil və din, təhsilin forma və növləri, qeyri dövlət təhsil müəssisəsi, ali təhsil sistemində elmi- tədqiqat işləri, təhsil sistemində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri və s. və i. a. məsələlər Azərbaycan Respublikası Təhsil Qanununda aydın ifadə olunur.
Alitəhsilmüəssisəsihaqqındaəsasnamə.Bütün ali məktəb- lər: institutlar, universitetlər, akademiyalar, konservatoriyalar və ali təhsil verən digər təhsil müəssisələri öz fəaliyyətində Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş həmin əsasnaməni də əldə rəhbər tutur. Əsasnamə ali məktəbin çoxcəhətli fəaliyyətinə əməli istiqamət verir.