Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Ali məktəbdə rəhbərlik və pedaqoji nəzarət



Yüklə 0,54 Mb.
səhifə176/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   172   173   174   175   176   177   178   179   ...   185
Pedaqogika İMTAHAN

Ali məktəbdə rəhbərlik və pedaqoji nəzarət




Magistrantların təhsil aldıqları və gələcəkdə işləyəcək1əri ali məktəblərdə rəhbərlik edən struktur bölmələrlə əlaqədar fəaliyyət göstərmək imkanları olacaq. Bu səbəbdən də onlar həmin bölmələrin iş xüsusiyyətləri barədə aydın təsəvvürə malik olmalıdırlar. Ali məktəbdə struktur bölmələrin işinin əsasında isə bir sıra dövlət sənədləri durur. Ali məktəb öz fəaliyyətində aşağıdakı dörd əsas sənədə istinad edir:

Azərbayçan Respublikası Konstitusiyasına,

Azərbaycan Respublikası Təhsil Qanununa,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsi haqqında əsasnamə”yə

təhsil müəssisəsinin öz nizamnaməsinə.

Azərbaycan Respublikası Konstitusiyasının istinad edilən bəzi müddəaları.


Öz fəaliyyətində ali məktəbin Azərbaycan Respublikası Konstitusiyasında istinad etdiyi müddəalar çoxdur. Onlardan yalnız bəzilərini xatırlayaq. Ali məktəbin rəhbərləri də, professor-müəllim heyəti də, tələbələr də Konstitusiyaya uyğun yəqin edirlər ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Respublikamızı səciyyələndirən bu xüsusiyyətlər ali məktəbin bütün həyat tərzində və fəaliyyətində nəzərə alınır.

Respublikamızın Konstitusiyasında yazılır ki, Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Bu köklü ideyanı qəbul dən ali məktəb çalışır ki, öz fəaliyyətində birliyin, yekdilliyin nümunəsini versin, professor-müəllim heyətinin və tələbələrin vahidliyini təmin etsin, qruplaşmaların, parçalanmaların qarşısını alsın.



Ali məktəb dinə münasibətdə Konstitusiya mevqeyindən kənarda durmur. Konstitusiyada isə elan olunmuşdur ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Konstitusiyanın taleyüklü həmin müddəaları dövlət ali məktəbləri üçün qanuna çevrilmişdir.

Konstitusiyada elan olunmuşdur ki, Vətənə sədaqət müqəddəsdir, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Bu köklü ideyalar ali məktəbdə aparılan təlim, tərbiyə və təhsilin ana xəttini təşkil edir.



Dövlət rəmzləri barədə Azərbaycan Respublikası Konstitu- siyasının 75-ci maddəsində yazılır: “Hər bir vətəndaş Azərbay- can Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir”. Həmin fikrə istinad edən ali məktəb silsilə tədbirlər planlaşdırıb həyata keçirir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin