muzakirəyə təqdim edilir. Bundan sonra dissertasiya ixtisaslaşmış müdafiə şurasına göndərilir.
İxtisaslaşmış müdafiə şurası. Mövcud qaydalara görə İxtisaslaşmış müdafiə şuraları
ali məktəbin nəzdində də, elmi tədqiqat institutunun nəzdində də təşkil edilə bilir.
Təşkil edildiyi yerdən asılı olmayaraq İxtisaslaşmış müdafiə şuralarının iş qaydaları eynidir.
Müdafiənin təşkilinə dair tələb olunan sənədlərin hamısı yerli-yerində olduqda həmin sənədlər müzakirə üçün qəbul edilir. Təqdim olunmuş dissertasıyanın şura profilinə uyğun olub-olmadığını aydınlaşdırmaq şura üzvlərindən bir neçəsinə həvalə edilir. Növbəti iclasda məsələyə baxılır. Dissertasiyanın mövzusu şuranın profilinə uyğun gəldiyi müəyyən edildikdə rəsmi opponentlər və əlavə rəy üçün aparıcı müəssisə dəqiqləşdirilir, avtoreferatın çapına icazə verilir və müdafiənin vaxtı göstərilir. Təyin olunmuş vaxtda müdafiə təşkil edilir.
İxtisaslaşmış mudafiə şurasının təşkili. İxtisaslaşmış müdafiə şurası Respublika Ali Attestasiya Komissiyası tərəfindən təşkil edilir. Elmin bu və ya digər istiqaməti üzrə yüksək ixtisaslı elmi-pedaqoji və ya elmi kadrlar hansı
ali məktəbdə, yaxud elmi-tədqiqat institutunda daha çox çəmləşmişdirsə İxtisaslaşmış müdafiə şurası, adətən, orada yaradılır.
Müdafiə ilə əlaqədar sənədlər İxtisaslaşmış müdafiə şurası sədrinin ünvanına göndərilir.
İxtisaslaşmış müdafiə şurasının təşkil olunduğu ali məktəbin və ya elmi-tədqiqat institutunun rəhbərliyi həmin şuranın normal fəaliyyəti üçün zəruri olan şərait yaradır.
Dostları ilə paylaş: