Elmiyaradıcılıqdövründəmaaşınverilməsi.Yüksək ixtisaslı elmi-pedaqoji kadr olmaq təşəbbüsü göstərən ali məktəb
müəllimlərinə nəinki elmi yaradıcılıq məzuniyyəti verilir, hətta həmin məzuniyyət dövründə onlar maaşlarını almaqda davam edirlər. Bu qayda təqaüd almayan dissertanta da, doktoranta da şamil edilir. Yaradıcılıq məzuniyyəti dövründə öz əvvəlki vəzifəsini icra etməyən müəllimin maaşı dövlət hesabına ona görə ödənilir ki, həmin müəllim öz elmi səviyyəsini yüksəlt- məklə məşğul olsun, dissertasiyasını başa çatdırsın, müdafiə etsin və qayıdıb gənc nəslin təlim, tərbiyə və təhsili ilə daha səmərəli məşğul olsun.