Ali məktəbin elmi şurası və rektoru
Ali təhsil müəssisəsinə ümumi rəhbərlik rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şura Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Ali məktəbin Elmi Şurası haqqında əsasnamə” üzrə fəaliyyət göstərir.
Ali təhsil müəssisəsinin Elmi Şurası geniş səlahiyyətlərə malikdir. O, ali təhsil müəssisəsinin Nizamnaməsini qəbul edir, lazım gəldikdə orda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlərin, əməkdaşların, aspirant, doktorant və dinləyiçilərin daxili intizam qaydalarını təsdiq edir.
-Ali təhsil muəssisəsinin inkişaf proqramını təsdiq edir;
-Hər il ali moktəbin fəaliyyəti barədə rəhbərliyin hesabatını dinləyir;
-Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqaq işləri ilə bağlı
məsələləri həll edir;
-Müvafiq komissiyalar yaradır və onların hesabatlarını dinləyib müvafiq qərar qəbul edir;
-Vaxtaşırı
fakultələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatlarını dinləyir;
-Professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının, orden və medallarının
verilməsinə
– təqdimat ifadə edir;
-Kafedra müdirlərini, professorları, baş elmi işçiləri seçir və zəruri hallarda onların vaxtından əvvəl tutduqları vəzifələrindən azad olunmaları məsələlərinə baxır;
-Ali təhsil müəssisəsinin maliyyə və təsərrüfat fəaliyyətinin nəticələrini müzakirə edir və s.
Nəzərə alınmalıdır ki, Elmi Şuranın qərarları yalnız ali məktəbin rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
Elmi Şuranın sədri şuranın qərarlarının icrasının müntəzəm yoxlanmasını təşkil edir və şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.