İmtahan vərəqələri və məqbul vərəqələri. İmtahan və məqbul vərəqələri tələbələrin müqəddəratında müstəsna əhəmiyyət kəsb etdiyindən, onların məqsəd və məzmunu haqqında ilkin məlumat verməyə dəyər. Tələbə bilməlidir ki, fənn və ya onun bir hissəsi üzrə kurs imtahanı, yaxud semestr ərzində aldığı nəzəri bilikləri mənimsəməsinin səviyyəsini və təfəkkürünün inkişafını, sərbəst işləmək bacarığını və təcrübi məsələlərin həllində həmin biliklərdən istifadə etmək qabiliyyətini müəyyənləşdirib qiymətləndırmək üçün nəzərdə tutulur.
Buraxılış (dövlət) imtahanı tələbənin təhsil müddətində müəyyən fənn üzrə aldığı nəzəri bilikləri nə dərəcədə mənim- sədiyini, təcrübi məsələlərin həllində həmin biliklərdən istifadə etmək qabiliyyətini, təfəkkürünün səviyyəsini, sərbəst işləmək bacarığını müəyyənləşdirib qiymətləndirmək üçün nəzərdə tutulur.
Məqbullar, bir qayda olaraq, laboratoriya və ya qrafik işləri, kurs işləri və ya layihələri, təcrübə və ya seminar məşğələlərini, tədris və ya istehsalat təcrübələrini tələbələrin nə dərəcədə mənimsədiklərini yoxlamaq formalarından biridir.
Fənlər üzrə məqbul vərəqələri imtahan sessiyasından xeyli əvvəl müvafiq kafedraya göndərilir. Məqbulların nəticələrnnin qeyd edildiyi vərəqələr imtahan sessiyası başlayana qədər dekanlığa qaytarılır.
İmtahan biletlər üzrə tələbənin yazılı cavabı əsasında şifahi formada aparılır. Tələbənin biliyi dörd bal sistemi üzrə qiymətləndirilir: “əla”, “yaxşı”, “kafi”, “qeyri-kafi”. Qiymətlər imtahan vərəqəsinə yazılır. “Qeyri-kafi”dən başqa, qalan qiymətlər tələbənin məqbul kitabçasına da köçürülür. İmtahana gəlməyən tələbənin soyadı qarşısında “gəlmədi” yazılır və imtahan vərəqəsi həmin gün dekanlığa qaytarılır.
Tələbələrin müvəffəqiyyətini qiymətləndirməyin yüzbal sistemi bəzi fakültələrdə sınaqdan keçirilir.
Dostları ilə paylaş: |