Pedaqoji iş üsullarının mənəvi keyfiyyətlərlə əlaqəsində qanunauyğunluq. Səciyyələndirdiyimiz qanunauyğunluq peda- qoji prosesin üsul və vasitələrinin seçilməsi və tətbiqində müşahidə olunur. Məlumdur ki, pedaqoji işin hər hansı konkret sahəsində tətbiqi mümkün olan üsullar çoxdur. Hər bir konkret halda hansı üsullar, hansı meyar əsasında seçilə bilər? Suala dəqiq cavab vermək üçün öyrədilməli bilik və bacarığın, yaxud aşılanmalı mənəvi keyfiyyətin gənc nəsil nümayəndələrində necəliyini müəyyənləşdirmək lazım gəlir.
Onların müvafiq anlayışlarında hansısa çatışmazlıq aşkar edilərsə buna uyğun üsullardan (məsələn, izahatdan, müsahibədən, yaxud disputdan) davranışlarında, əməli münasibətlərində nöqsanlar müəyyənləşərsə başqa qrup üsullardan (məsələn, alışdırma, məşq, nümunə və s-dən) istifadə etməyə daha çox ehtiyac duyulur. Məsələnin məğzi burasındadır ki, şagirdlərdə (tələbələrdə) biliyin və mənəvi keyfiyyətin mövcud səviyyəsi nəzərə alınaraq pedaqoji iş üsulları seçildikdə və tətbiq olunduqda istənilən səmərəni əldə etmək mümkün olur; biliklə, mənəvi keyfiyyətlə əlaqədar şagirdlərin (tələbələrin) tərbiyəlilik dərəcəsini dəqiqləşdirmədən tətbiq edilən üsullardan isə o qədər də fayda götürmək mümkün olmur. Göründüyükimi,pedaqojiprosesüsullarınınseçilməsivətətbiqindədəmüəyyənqanunauyğunluqvardır:formalaşdırılacaqmənəvikeyfiyyətingəncnəsil nümayəndələrindəmövcudvəziyyətinəzərəalınaraqpedaqojiişüsullarıseçildikdəvətətbiqedildikdəsəmərəsixeyliartır.Qanunformasındahəminqanunauyğunluğunifadəsibelədir:biliyinvəmənəvikeyfiyyətlərinmövcudsəviyyəsinənəzərənpedaqojiişüsullarınınseçilməsiqanunu.