Pedaqojiprosesiniştirakçılarıiləəlaqədarqanunauyğunluq.Tədris müəssisəsinin, hətta bir sinfin (auditoriyanın) şagirdləri (tələbələri) ilə bir neçə müəllim məşğul olur. Müəllimlər və digər tərbiyəçilər şagirdlərə (tələbələrə) pedaqoji proses üsulları ilə, onlara yanaşma tərzləri ilə, hətta geyimləri, davranışları, danışıq tərzləri ilə təsir göstərirlər. Eyni pedaqoji hala, məsələn, şagirdlərin dərsə davamiyyətinə, yaxud, tapşırıqlara nə dərəcədə əməl edildiyinə müəllimlərin, digər tərbiyəçilərin münasibətlərində qabarıq şəkildə nəzərə çarpan fərqlər olur. Bu cür fərqlər pedaqoji işdə çətinliklər yaradır, şagirdlərin (tələbələrin) xarakterini başqa-başqa istiqamətə yönəldə bilir: məşğələyə davamiyyətdəki və ya ev tapşırıqlarının icrasındakı kəsirlər müəllimin (tərbiyəçinin) diqqətindən yayınmadıqda şagirdlərdə məsuliyyət artır, müəllim bu cür hallara əhəmiyyət vermədikdə məsuliyyətsizlik üçün əlavə zəmin yaranmış olur.
Uşağın davranışında eyni hala valideynlərin fərqlənən münasibətləri də təkcə ailə tərbiyəsini deyil, bütövlükdə pedaqoji prosesi çətinləşdirir. Valideynlər həmrəy olduqda, eyni mövqedə durduqda isə ailədə tərbiyə işi xeyli uğurlu gedir. Deməli, pedaqoji proses zamanı məktəb və ailənin, müəllim və valideynlərin gənc nəslə münasibətlərində yaranan müxtəliflik pedaqoji prosesə zərər vurursa, fikir birliyi onu asanlaşdırır. Göründüyü kimi, burada müəyyən qanunauyğunluq hökm sürür: təlim-tərbiyənineynihallarınapedaqojiprosesləməşğulolanşəxslərinmünasibətlərinəqədərçoxyaxınlaşırsa,həmrəylikartırsapedaqojisəmərəbiroqədəryüksəkolur;əksinə,münasibətlərnəqədərfərqlənirsəpedaqojisəmərəbiroqədərazalır.Bu qanunauyğunluğun qanun forması belədir: pedaqojiprosesiştirakçılarınınhəmrəylikvəəməkdaşlıqqanunu.