Pedaqojiprosesləonunhəyatakeçirildiyimühitarasındakıqarşılıqlıəlaqədəqanunauyğunluq.Pedaqoji proses həyata keçirildiyi şəraitdən ayrılmazdır. Çünki, pedaqoji proses müəyyən maddi-texniki şəraitdə (sinif otağında, auditoriyada, fənn kabinetində, laboratoriyada, emalatxanada, idman zalında, fabrik və ya zavod sexində, kənd təsərrüfatı sahəsində və s. yerlərdə) mümkün olur.
Xüsusi tədqiqatlarla isbat olunmuşdur ki, pedaqoji prosesin cərəyan etdiyi şərait, onun necəliyi, zəruri avadanlıqlarla təchizi vəziyyəti, binanın və otaqların gigiyenik və estetik tələblərə nə dərəcədə cavab verməsi şagirdlərin (tələbələrin) təlim-tərbiyəsinə bu və ya digər dərəcədə təsir göstərir, onun səmərəsini artıra, yaxud azalda bilir.
Eyni sözlər tədris müəssisəsində hökm sürən mənəvi- psixoloji mühitə də şamil edilməlidir. Faktlar dönə-dönə göstərir ki, tədris müəssisəsinin rəhbərləri ilə müəllimlər arasında, müəllimlərin özləri arasında, müəllimlərlə şagirdlər arasında olan münasibətlərin xarakteri də pedaqoji prosesin necəliyində əks-səda verir: şagirdlərin (tələbələrin) təlimə, tərbiyəyə, ümumən tədris müəssisəsinə marağını gücləndirir və ya zəiflədir. Şərh olunan hadisələrdə müəyyən qanunauyğun asılılığın varlığı özünü qabarıq şəkildə göstərir: münasibmaddi-texnikivəmənəvi-psixolojimühitdəcərəyanedənpedaqojiprosesşagirdlərdə(tələbələrdə)mənimsəməninvətərbiyəliliyinsəviyyəsiniartırır.Bu qanunauyğunluğun qanun formasında ifadəsi belədir: pedaqojiprosesinsəmərəliliyiüçünmünasibşəraitinyaradılmasıqanunu.