Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Təlimin təşkili formalarında və tərbiyənin təşkili formalarında ümumilik



Yüklə 0,54 Mb.
səhifə28/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   24   25   26   27   28   29   30   31   ...   185
Pedaqogika İMTAHAN

Təlimin təşkili formalarında və tərbiyənin təşkili formalarında ümumilik


Pedaqogika üzrə ənənəvi dərs vəsaitlərində təlimin təşkili formaları və tərbiyənin təşkili formaları da ayrılıqda şərh edilir. Halbuki, təşkilat formalarında da ümumi cəhətlər az deyil. Məsələn, tərbiyə işlərinin formaları, adətən, üç qrupa bölünür: fərdi işlər, qrup halında aparılan işlər və kütləvi işlər. Məlum olduğu kimi, bu iş formaları təlimdə də təşkil edilir. Təlim zamanı müəllimlər, lazım gəldikdə, tək-tək şagirdlərlə fərdi iş, yaxud qrup halında iş aparırlar. Dərsdənkənar (auditoriyadankənar) iş formalarına aid edilən fənn dərnəkləri daha çox təlim səciyyəli deyilmi?!.

Dərsdənkənar tərbiyə işinin kütləvi formalarına daxil edilən müsabiqələr, disputlar, konfranslar, olimpiadalar, turist gəzintiləri, teatr və kino tamaşaları-na kollektiv baxış, kitab müzakirələri, qabaqcıl adamlarla görüşlər, fənn gecələri, adətən, müvafiq fənn müəllimləri tərəfindən aparılır və təlim xarakterli olur. Deməli, təlimin və tərbiyənin təşkili formalarında üst-üstə düşən ümumi cəhətlər çoxdur. Bu ümumi cəhətlər də təlim və tərbiyənin məzmun və məqsəd cəhətdən qovuşmasına, yəni pedaqoji prosesin tamlığına əlavə imkan yaradır.

Ayrı-ayrı fənlərdən dərs cədvəli üzrə məşğələlər zamanı şagirdlərin (tələbələrin) əldə etdikləri biliklər müvafiq müəllimlərin təşkil etdikləri fənn dərnəklərində bir qədər də dərinləşir; yaxud, diyarşünaslıq muzeylərinə, dövlət xadimlərinin, ədə- biyyat və incəsənət xadimlərinin ev muzeylərinə şagirdlərin (tələbələrin) ekskursiyaları tarix, coğrafiya və ya ədəbiyyat məşğələlərində mənimsənilən biliklərin həyatiliyini xeyli artırır. Fənn müəlliminin məsləhətinə əsasən televiziya verilişlərinə, kinoya baxmaq, teatra getmək, əlavə ədəbiyyat oxumaq, onların müzakirəsini keçirmək, alınmış təəssüratlardan məşğələlər zamanı istifadə etmək şagirdlərin (tələbələrin) dünyagörüşünün, etik və estetik baxışlarının formalaşmasına güclü təsir göstərir.



Bu cür faktlardan aydın olur ki, təlimin təşkili formalarında və tərbiyənin təşkili formalarında ümumilik var. Bu ümumilik pedaqoji prosesin tamlığına əlavə sübutdur.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin