Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Təlim, tərbiyə, təhsil və psixoloji inkişafda məqsəd birliyi



Yüklə 0,54 Mb.
səhifə25/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   21   22   23   24   25   26   27   28   ...   185
Pedaqogika İMTAHAN

Təlim, tərbiyə, təhsil və psixoloji inkişafda məqsəd birliyi.


Pedaqoji proses anlayışını zərurətə çevirən amillərdən biri məhz təlimdə, tərbiyə və təhsildə məqsəd birliyidir. Müasir Azərbaycanda pedaqoji prosesin məqsədi, özü də strateji məqsədi milli pedaqoqikada belə ifadə olunur: milli ümumbəşəri dəyərlərlə əlaqədar olan biliklərin, bacarıq vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məqsədyönlü, mütəşəkkil planlı formada mənimsənilməsi yolu ilə Respublikamızın dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa, Azərbaycanı dünyada ən inkişaf etmiş demokratik dövlətlərdən birinə çevirməyə qadir olan fəal vətəndaşlar yetişdirməkdən ibarətdir.

Azərbaycanda təlim də, tərbiyə də, təhsil də həmin strateji məqsədə xidmət etməlidir. Təlim gənc nəslə əsasən xarici aləmə dair dünyəvi dəyərləri mənimsətmək yolu ilə, tərbiyə isə əsasən adamlar arasında münasibətlərə dair mütərəqqi mənəvi dəyərlərlə silahlandırmaq yolu ilə həmin ümumi məqsədə yardım göstərir.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin