Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə23/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   19   20   21   22   23   24   25   26   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji mövzuda çap olunmuş əsərlər. Pedaqoji biliklər müvafiq kitab və kitabçalarda, jurnal və qəzetlərdə çap olunur. Təhsilin, təlim və tərbiyənin, habelə psixoloji inkişafın müasir problemlərini, qabaqcıl məktəblərin və müəllimlərin iş təcrübəsini, nöqsanlarını, onların aradan qaldırılması yollarını şərh edən kitablar və məqalələr vardır. Elə yazılı mənbələr də var ki, onlar keçmişdə təlim, tərbiyə və təhsilin məzmunundan, təşkili formaları və üsullarından, pedaqoji fikrin tarixindən xəbər verir

Tərbiyə təlim alanların fəaliyyət məhsulları. Uşaqların, şagirdlərin, tələbələrin fəaliyyətinin məhsulu da pedaqoji bilik mənbəyidir. Fəaliyyətin məhsulları müxtəlifdir: dil üzrə uşaqların yazdıqları imla, inşa, ifadə, rəy mətnləri; tərtib etdikləri planlar və xəritələr; quraşdırdıqları modellər; düzəltdikləri əyani vəsaitlər; becərdikləri bitkilər; hazırladıqları fotomontajlar, fotostendlər; çıxardıqları divar qəzetləri və bülletenlər; muzey üçün topladıqları eksponatlar; tikdikləri paltarlar, hörmələr; çəkdikləri şəkillər; istehsal etdikləri müxtəlif əşyalar; inşa etdikləri tədris obyektləri və s.

Fəaliyyət məhsullarını nəzərdən keçirərkən şagirdlərin (tələbələrin) bacarıq və qabiliyyətləri barədə, təlim və tərbiyənin necəliyi haqqında müəyyən fikir söyləmək olur.



Şifahi xalq yaradıcılığı nümunələri. Təlim, tərbiyə və təhsil haqqında xalq öz fikirlərini, istək və arzularını atalar sözləri və zərb məsəllərdə, nağıl və dastanlarda, bayatı və tapmacalarda, adət və ənənələrdə, rəvayət və lətifələrdə, şifahi xalq yaradıcılığının digər növlərində ifadə etmişdir. Bunların hamısı tədqiqatçılar üçün, pedaqoji proses iştirakçıları olan müəllimlər, valideynlər və digər tərbiyəçilər üçün zəngin pedaqoji bilik mənbəyidir. Hər kəs bu mənbədən bəhrələnə bilər.

Canlı söz. Pedaqoji məzmunlu canlı söz növləri müxtəlifdir: təlim, tərbiyə, təhsil və psixoloji inkişaf problemlərinə həsr olunmuş məktəb, rayon, respublika miqyaslı elmi sessiyalarda, konfrans və müşavirələrdə söylənən fikirlər; həmin problemlərlə əlaqədar radio və televiziya verilişlərində mütəxəssislərin, valideynlərin, müəllimlərin və digər şəxslərin irəli sürdükləri rəy və mülahizələr pedaqoji bilik mənbəyi ola bilir.

Dövlət sənədləri. Pedaqoji bilik mənbəyi kimi istifadə olunan dövlət sənədləri bunlardır: Azərbaycan Respublikasının Konstitusiyası, təhsil sahəsində dövlət qanunvericiliyinin əsasları, Azərbaycan Respublikasının Təhsil Qanunu, Təhsil Nazirliyinin əmrləri, qərar və sərəncamları, təhsillə əlaqədar digər dövlət və hökumət sənədləri. Azərbaycan Respublikasında təhsil müəssisələri həmin sənədlər əsasında fəaliyyət göstərir. Dövlət sənədlərinin tələblərini, təlim, tərbiyə və təhsil qarşısında qoyduğu vəzifələri pedaqoji proseslə məşğul olan mütəxəssislər də, pedaqoji problemləri tədqiq edən şəxslər də bilməlidir.

Pedaqoji bilik mənbələri müxtəlif olduğundan onların öyrənilməsi üsulları da müxtəlifdir.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin