Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə20/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   16   17   18   19   20   21   22   23   ...   185
Pedaqogika İMTAHAN

Pedaqogikanın fiziologiya ilə əlaqəsi. İnsan həm bioloji, həm də sosioloji xüsusiyyətlərə malikdir. Bu səbəbdən də onun təlimi, tərbiyəsi, təhsili və inkişafı məsələlərində fizioloji amillər də, sosioloji amillər də nəzərə alınmalıdır. Həqiqətdir ki, insanın, o cümlədən uşağın ali sinir sisteminin fəaliyyəti əsasən xarici aləmin cisim və hadisələrinin təsiri ilə şərtlənir. Pedaqogika bu həqiqəti nəzərə almalıdır. O da həqiqətdir ki, baş beyin qabığında əmələ gələn oyanma və ləngimə hadisələrinin intensivliyi qıcıqlandırıcıların xarakterindən də asılıdır. Məsələn, cisimlərin və ya hadisələrin müqayisəsi qavrayış səviyyəsində aparıldıqda baş-beyin qabığında oyanmanın intensivliyi müqayisənin təsəvvür səviyyəsində əmələ gətirdiyi oyanma intensivliyindən artıq olur. Bu cür fizioloji qanunauyğunluqları təlim-tərbiyə işində nəzərə almağın əhəmiyyəti böyükdür. Başqa bir misal: fiziologiyada isbat olunmuşdur ki, eyni qıcıqlandırıcının orqanizmə dönə-dönə təkrar təsiri onun fərqləndirilməsində az səmərə verir: həmin qıcıqlandırıcı ona yaxın olan başqa qıcıqlandırıcı ilə qarşılaşdırıldıqda səmərə xeyli artır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin