Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə21/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   17   18   19   20   21   22   23   24   ...   185
Pedaqogika İMTAHAN

Pedaqogikanın psixologiya ilə əlaqəsi. Pedaqogikanın psixologiya ilə münasibətini başa düşməkdə üç əsas mövqe formalaşmışdır.

Bəzilərinə görə psixika anadangəlmədir; buna görə də pedaqogikanın vəzifəsi fitri psixoloji xüsusiyyətləri üzə çıxırmaqdan ibarət olmalıdır.

İkinci qrup mütəxəssislər belə hesab edirlər ki, insan psixikası fərdi həyatda formalaşır; bu səbəbdən də təlim-tərbiyənin, sosial mühitin rolu etiraf olunmalıdır.

Mütəxəssislərin başqa bir qrupu isbat edir ki, xüsusi təşkil edilmiş təlim və tərbiyə vasitəsilə uşaqlarda psixikanın, qabiliyyətlərin inkişaf surətini artırmaq mümkündür.

Milli pedaqogika birinci və ikinci qrupa aid olan mütəxəssislərin fikri ilə razılaşa bilməz. Çünki, əvvəla, psixika, o cümlədən bütün psixoloji xüsusiyyətlər fitri hesab edilə bilməz; fərdi həyatda formalaşan psixoloji xüsusiyyətlər az deyil. İkinci, psixikanı başdan-başa mühitin, təlim və tərbiyənin məhsulu hesab edənlərlə də razılaşmaq çətindir. Çünki, psixikanın elə təzahür formaları var ki, onların mövcudluğunu yalnız mühitlə, təlim-tərbiyə ilə izah etmək mümkün deyil. Yaşın psixoloji xüsusiyyətləri buna misal ola bilər.



Milli pedaqogika üçüncü qrup mütəxəssislərin fikrini daha həyati hesab edir. Çünki bu mütəxəssislər ətraf mühitin inikasından ibarət olan psixikanı baş beyinin əlaməti kimi qiymətləndirməklə yanaşı, onu dəyişdirməyin və inkişaf etdirməyin mümkünlüyünü də qəbul edirlər. Müasir psixologiyada müəyyənləşdirilmişdir ki, öyrənilən materiala adamın münasibəti yaddaqalma müddətinə təsir göstərir: materiala laqeydlik onun tez unudulmasına, materialı uzun müddət yadda saxlamaq arzusu isə hafizənin möhkəmlənməsinə səbəb olur. Hafizənin bu cür xüsusiyyətlərini müəllimin bilməsi təlim işi üçün az əhəmiyyətli deyil.

Təfəkkürün xüsusiyyətlərinə müəllimin bələd olması və təlim zamanı onları nəzərə alması da təlimin müvəffəqiyyətinə təsir göstərən amillərdən biridir. Elmdə məlumdur ki, məntiqi təfəkkür bir sıra xüsusiyyətləri ilə fərqlənir: müqayisələr aparmaq, materialları sistemləşdirmək, ümumiləşdirmək, öz fikrinin həqiqiliyini sübuta yetirmək, fikirlərə tənqidi yanaşmaq və s. Həmin xüsusiyyətləri bilən və özündə formalaşdıran müəllim şagirdlərində də məntiqi təfəkkürün inkişafına nail olur. Deyilənləri nəzərə alaraq milli pedaqogika psixologiyada uşaqların fərdi və yaş xüsusiyyətlərinə, onların qabiliyyətlərinə dair fikirləri öyrənir, fəaliyyət növləri vasitəsilə həmin xüsusiyyətləri təkmilləşdirməyin, lazım gəldikdə isə dəyişdirməyin yollarını müəyyənləşdirməyə çalışır.

Pedaqogika psixoloji biliklərə istinad etdiyi kimi, psixologiya da pedaqoji biliklərdən bəhrələnir. Uşaq psixologiyasına əsaslanmayan pedaqogika “uşaqsız” olduğu kimi, təlim, tərbiyə və təhsil prosesindən kənar fəaliyyət göstərən psixologiya da bəhrəsiz ağaca bənzəyir.



Pedaqogikanın fəlsəfə, fiziologiya və psixologiya ilə təmasda fəaliyyət göstərməsi o demək deyildir ki, guya pedaqoji bilikləri və onların köklərini fəlsəfədə, fiziologiyada və ya psixologiyada axtarmaq lazımdır. (Məşhur rus pedaqoqu K.Uşinskinin “Antropologiya” əsərində olduğu kimi) Qətiyən! Bu, yalnız o deməkdir ki, milli pedaqogika təlim, tərbiyə, təhsil və inkişaf məsələlərini öyrənərkən müvafiq fəlsəfi, fizioloji və psixoloji bilikləri də nəzərə alır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin