Bütün elm sahələri ilə pedaqogikanın əlaqəsi var. Pedaqogika ilə əlaqəsinin xarakterinə görə elmləri iki qrupa ayırmaq olar: pedaqogika ilə bilavasitə əlaqəsi olan elmlər və bilvasitə, yəni dolayısı ilə əlaqəsi olan elmlər. Fəlsəfə, fiziologiya və psixologiya birinci qrupa aiddir. Burada yalnız belə əlaqələrdən söhbət gedir.
Pedaqogikanınfəlsəfəiləəlaqəsi. Milli pedaqogika fəlsəfədə dialektik materializmə üstünlük verir. Buna görə də milli pedaqogika pedaqoji proses problemlərini konkret şəraitlə əlaqədar nəzərdən keçirir. Məsələn, milli pedaqogikaya görə eyni təlim üsulu müxtəlif şəraitdə fərqli nəticə verir. Yaxud, milli pedaqogika pedaqoji prosesi inkişafda öyrənir; bu səbəbdən də həmin inkişaf nəzəriyyəsini nəzərə alır və ya milli pedaqogika pedaqoji prosesin hərəkətverici qüvvələrini və qanunauyğunluqlarını onun (pedaqoji prosesin) özündə axtarır. Nəhayət, milli pedaqogika hər pedaqoji nəzəriyyə və ya fikrə yarandığı şəraitlə əlaqədar qiymət verir.