Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Təlim üsullarında və tərbiyə üsullarında ümumilik



Yüklə 0,54 Mb.
səhifə27/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   23   24   25   26   27   28   29   30   ...   185
Pedaqogika İMTAHAN

Təlim üsullarında və tərbiyə üsullarında ümumilik


Pedaqogikadan dərs vəsaitlərində təlim üsulları və tərbiyə üsulları ayrılıqda, özü də əlaqəsiz şəkildə şərh edilir. Halbuki, bu dərs vəsaitlərində ayrılıqda təlimə və tərbiyəyə aid edilən üsulların böyük əksəriyyəti həm ad, həm də məzmun cəhətdən eyniyyət təşkil edir. Müsahibə, məruzə və mühazirə, təmrin (məşq), yarış, nəzarət, özünənəzarət, özünəqiymət, problemli situasiya, fəaliyyətin təşkili kimi üsullar buna misal ola bilər. Dərs vəsaitlərinin müəllifləri, özləri hiss etmədən, həmin üsulların təlimdə də, tərbiyə işində də tətbiq edildiyini etiraf etmiş olurlar.

Bundan əlavə, ənənəvi dərs vəsaitlərində tərbiyəyə aid edilən bəzi üsullar təlim üsulları sırasına aid edilmir. Rəğbətləndirmə, cəzalandırma, nümunə, ictimai rəy, pedaqoji tələb, gün rejimi, disput kimi üsul və vasitələr bu qəbildəndir. Həmin dərs vəsaitlərindən belə çıxır ki, təlim zamanı bu üsullardan istifadə olunmur, yaxud istifadə olunmamalıdır; halbuki, rəğbətləndirmə, cəzalandırma, nümunə, ictimai rəy, pedaqoji tələb, gün rejimi, disput kimi üsulların tətbiqi üçün təlim zamanı imkanlar daha genişdir və müəllimlərimiz bu imkanlardan istifadə edirlər.



Bu fikir dərs vəsaitlərinin təlim üsullarına aid hissəsinə də şamil edilə bilər. Kitab üzərində iş, müşahidə, tədqiqat xarakterli tapşırıqlar, təkrar, müstəqil işlərin təşkili, müvəffəqiyyətin qiymətləndirilməsi kimi təlimlə əlaqədar səciyyələndirilən üsullar həmin vəsaitlərdə tərbiyəyə aid edilmir. Oxucu buradan təbii olaraq belə bir nəticə çıxara bilər ki, guya həmin üsullardan tərbiyə işində bu və ya digər səviyyədə istifadə edilə bilməz; yaxud, istifadə edilməməlidir. Halbuki, pedaqoji işdə, o cümlədən tərbiyədə kitab üzərində iş, müşahidə, tədqiqat xarakterli tapşırıqlar, təkrar, müstəqil işlərin təşkili, müvəffəqiyyətin qiymətləndirilməsi üsullarından lazım gəldikcə istifadə olunur.

Bu faktlardan irəli gələn məntiqi nəticə belədir: təlim üsul- larını və tərbiyə üsullarını əməli cəhətdən deyil, yalnız nəzəri cəhətdən bir-birindən ayırmaq mümkündür və bu, pedaqoji təhsilin bakalavr pilləsi üçün məqbul sayıla bilər. Pedaqoji təhsilin növbəti pilləsi üçün həmin üsulları iki qrupa ayırmaq, bir qrupunu təlimə, digər qrupunu tərbiyə işinə aid etmək səhv olardı. Çünki tərbiyə işi üçün ayrılan üsullardan təlim zamanı, təlim üçün nəzərdə tutulan üsullardan tərbiyə zamanı da istifadə olunduğunu magistrlər anlamağa qadirdirlər; üsulların hamısı əməli işdə həm təlim, həm də tərbiyə üçün ümumi olduğundan və hər ikisinə xidmət etdiyindən tamın, yəni pedaqoji prosesin üsullarına çevrilir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin