Мустягил тящсил сийасяти



Yüklə 303,5 Kb.
səhifə19/37
tarix02.01.2022
ölçüsü303,5 Kb.
#2467
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
Məktəb təhsili sistemi. Uşaqlar 6 yaşlarından ibtidai məktəb­lərə gedirlər. Belə məktəblərdə təhsil müddəti adətən 4 ildir (Berlində və Brandenburqda – 6 il). Əyalətlərin əksəriyyətində təhsilin ilk iki ilin­­də uşaqların biliyi qiymətləndirilmir, bunun əvəzində onlar müvəf­fəqiy­yət haqda geniş əhatəli xasiyyətnamə alırlar.

İbtidai məktəbi bitirdikdən sonra uşaqlar ikinci pillə ümum­təhsil məktəbinə keçirlər. Təşkilati formasından asılı olmayaraq, be­şin­ci və altıncı siniflər, uşağın ümumi inkişafına xidmət edir və onun gələcək təhsil istiqamətini müəyyənləşdirmək məqsədilə müşahidələr aparılır.

İbtidai məktəbdən sonra uşaqların demək olar ki, dörddən biri əsas məktəblərə keçirlər. Beş, yaxud altı illik təlimdən sonra bu mək­təblərin məzunları peşə hazırlığına başlayırlar və ən azı 18 yaşına qə­dər, paralel surətdə texniki-peşə məktəblərində oxuyurlar. Əsas mək­­təbi müvəffəqiyyətlə başa vurmaqdan əksər hallarda texniki-peşə təh­silinin dual sisteminə keçmək üçün istifadə edilir. Əsas məktəb şagird­lərə ümumi baza təhsili verir. Belə məktəblərdə təhsilə qoyulan tələb­lər getdikcə daha ciddi olur: hər bir şagird alman dilini, riyaziy­yatı, təbiət elmlərini, cəmiyyətşünaslığı və xarici dili (əsasən ingilis dilini) öyrənir, gələcəkdə peşə öyrənilməsini asanlaşdırmaq məqsədilə əmək dərsləri keçir.

Real məktəb əsas məktəblə gimnaziya arasındadır və genişlən­dirilmiş ümumi təhsil verir. Burada təhsil adətən 6 il - 5-ci sinifdən 10-cu sinfə qədər davam edir. Bundan sonra məzunlara, təhsilini digər təhsil müəssisələrində, məsələn, xüsusi texniki-peşə məktəblərində və ya texnikumlarda davam etdirmək hüququ verən orta təhsil şəhadət­naməsi verilir. Bu şəhadətnamə sənayenin, ticarətin, xüsusi biznesin di­gər sferalarının və ya dövlət qulluğunun orta vəsilə işçisi səviyyə­sin­də fəaliyyət göstərmək imkanı verir. 1994-cü ildə şagirdlərin təx­minən 40%-i real məktəbləri bitirmək haqda şəhadətnamə almışlar.

Gimnaziyalarda təhsil adətən, 9 il üçün (5-ci sinifdən 13-cü sin­fə qədər, Brandenburq istisna olmaqla yeni bölgələrdə - 12-ci sinfə qə­dər) nəzərdə tutulmuşdur və burada şagirdlərə dərinləşdirilmiş ümumi təhsil verilir.

Hazırda gimnaziyaların, əvvəllər mövcud olan profillər üzrə: qə­dim dillər üzrə, yeni dillər üzrə, riyaziyyat üzrə və təbiətşünaslıq üz­rə bölünməsi sistemi, demək olar ki, yoxdur. Gimnaziyanın yuxarı sinif­lərində (11-dən 13-ə qədər, 4 əyalətdə 10-dan 12-yə və müvafiq olaraq 11-dən 12-yə qədər) sinif bölgüsünü təlimin kurs sistemi əvəz etmişdir.

Ayrı-ayrı fənlərin, yaxud fənn qruplarının öyrənilməsinin məc­buri olaraq qalmasına baxmayaraq, yuxarı sinif şagirdlərinin öz fərdi qabiliyyətlərini inkişaf etdirmək üçün geniş imkanları vardır, belə ki, ona fənlərin daha geniş seçimi təklif edilir. Fənlər təlim profilinə uy­ğun olaraq bölüşdürülür (dil-ədəbiyyat-incəsənət profili, ictimai-elmi profil və yaxud riyaziyyat-təbiət elmləri-texniki profil). Yuxarı sinif­lərdə təhsili başa vurana və kamal attestatı almaq üçün imtahanları ve­rənə qədər şagirdlər hər üç profil üzrə fənləri öyrənmək məc­buriy­yətin­dədirlər. İlahiyyat və bədən tərbiyəsi də icbari fənlərdəndir. Gim­naziyanın yuxarı siniflərində təhsil dörd fənn üzrə kamal attestatı im­tahanlarının verilməsi ilə başa çatır. 13 illik təhsildən (4 əyalətdə 2000-ci ilə qədər – 12 illik) və kamal attestatı imtahanlarının müvəffəqiy­yət­lə verilməsindən sonra tam orta təhsil haqqında şəhadətnamə verilir. Bu şəhadətnamə təhsili istənilən profil üzrə ali təhsil müəssisəsində da­vam edirmək hüququ verir.

Ali məktəbə daxil olmaq üçün tam orta təhsil haqqında şəha­dətnamə təqdim etmək məcburidir. Abituriyentlərin sayının həddən ar­­tıq olması və ali məktəblərin bəzi fakültələrində yerlərin çatış­ma­ması ilə əlaqədar olaraq belə fakültələrə qəbul müəyyən dərəcədə məh­dudlaşdırılır. Belə məhdudiyyətlər həm federal, həm də yerli miq­yasda qüvvədə ola bilər. Gələcək tələbələrin seçilməsinin meyarı kimi, orta attestat balı və kamal attestatı imtahanlarının və qəbul haqqında ərizənin verilməsindən sonra ali məktəbə qəbul haqqında qərarın göz­lənilməsinə sərf edilmiş vaxt çıxış edir. Tibb fakültələrində seçmənin test, müsahibə kimi əlavə meyarları mövcuddur.

Orta məktəblərin daha bir növü ümumi məktəbdir. Belə mək­təblərdə uşaqlar 5-ci sinifdən 10-cu sinfə qədər oxuyurlar. Bəzi ümumi məktəblərdə gimnaziyaların yuxarı sinifləri prinsipi üzrə təşkil edilmiş siniflər vardır.

Pedaqoji və təşkilati nöqteyi-nəzərdən ümumi məktəb özündə əsas məktəbin, real məktəbin və gimnaziyanın elementlərini bir­ləş­dirir. Belə məktəb çərçivəsində bu elementlər vahid təşkilati-peda­qoji sistem təşkil edirlər. Ümumi məktəbdə 7-ci sinifdən başlayaraq ayrı-ayrı fənlərin (riyaziyyatın, 1-ci xarici dilin, alman dilinin, fizika-kim­yanın) tədrisi kurs sistemi üzrə aparılır. Hər bir kurs üçün irəli sürülən tələblərin səviyyəsi şagirdin ümumi məktəbi bitirmək haqqında şəha­dətnamənin hansı növündən almaq istədiyindən asılıdır. Bu sənəd əsas məktəbin bitirilməsi haqqında şəhadətnamə, real məktəbi bitirmək haq­qında şəhadətnamə, yaxud təhsili gimnaziyanın yuxarı siniflərində davam etdirmək hüququ verən şəhadətnamə şəklində ola bilər.

Yeni əyalətlərdə məktəblərin başqa növləri (“nizami” məktəb­lər (Türingiyada), "orta" məktəblər (Saksoniyada) və “2-ci pillə” mək­təbləri (Saksoniya-Anqaltda) də mövcuddur. Belə məktəblərdə əsas və real məktəblər üçün xarakterik olan tədris sistemləri birləşdirilmişdir: yeddinci sinifdən təhsil, şagirdin hansı növ şəhadətnamə almaq istə­diyindən asılı olaraq, ya siniflərdə, ya da kurslarda davam etdirilir. Bu məktəblərin 9-cu və 10-cu siniflərini bitirmək haqda şəhadətnamənin verilməsi şərtləri digər ikinci pillə məktəblərində olduğu kimidir və Daimi Konfransda əldə edilmiş sazişə müvafiq surətdə bu şəhadət­namələr bütün bölgələrdə tanınır.

Əqli inkişaf cəhətdən geri qalan və şikəst uşaqlar üçün xüsusi məktəblər də mövcuddur. İcbari orta (məktəb) təhsil prinsipi belə uşaqlara da aid edilir.



Təhsil almanın ikinci yolu – məktəb təhsili illərində əldən ve­rilmiş imkanların bərpa olunmasıdır. Axşam gimnaziyaları qabiliyyəti olan yaşlı insanlara kamal attestatı imtahanlarına hazırlaşmaq imkanı verir.


Yüklə 303,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin