Мустягил тящсил сийасяти



Yüklə 303,5 Kb.
səhifə21/37
tarix02.01.2022
ölçüsü303,5 Kb.
#2467
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
Texniki-peşə təhsili. Almaniyada abituriyentlərin sayı mütə­ma­di olaraq artır: getdikcə daha çox məktəb məzunu öz təhsilini ali təhsil müəssisəsində davam etdirməyi qərara alır. Ali məktəbə daxil olmaq hüququ olmayan məzunlar isə, adətən, texniki-peşə təhsili sisteminə gedirlər, bundan başqa bir çox abituriyentlər də peşə təhsilini seçirlər. Gənclərin əksəriyyəti öz təhsillərini “dual (ikili) sistem” çərçivəsində davam etdirirlər, yəni müəssisədə praktik hazırlığı texniki-peşə mək­təbində nəzəri təhsillə uzlaşdırırlar. Beləliklə də, xüsusi sektor və döv­lət, texniki-peşə təhsili sistemində işin vəziyyəti üçün birgə məsuliyyət daşıyırlar. Məktəbdənkənar peşə təhsili federasiyanın texniki-peşə mək­təbləri isə ayrı-ayrı bölgələrin səlahiyyəti altındadır. Hal-hazırda demək olar ki, 1 milyon 6 min gənc 470 tanınmış peşə üzrə hazırlıq keçir. Lakin bu peşələr (ixtisaslar) populyarlıq və onlara olan tələbat səviyyəsinə görə bir-birlərində fərqlənirlər. Hazırda gənc oğlanların 40%, qızların isə 55%-dən çoxu on ən nüfuzlu peşə üzrə hazırlıq keç­məkdədirlər. Oğlanlar daha çox avtomexanik, elektrik montyoru, istehsal mexaniki, ya da topdan və xarici satış sferasında kommersant pe­şə­lərini seçirlər. Qızlar isə həkim köməkçisi, pərakəndə satıcı, bər­bər, kontor işçisi peşələrinə üstünlük verirlər. Tam texniki-peşə təhsili almamış gənclərə peşə əldə etmək imkanı yaratmaq üçün də tədbirlər həyata keçirilir.


Yüklə 303,5 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin